Texnologiya və Bacarıq

MAN BrakeMatic®

Əyləc avtomatı MAN BrakeMatic®, köməkçi əyləclərinə avtomatik nəzarət etməklə enişli hərəkətdə tempomat ya əyləc pədalı ilə müəyyənləşdirilmiş bir sürəti, davamlı sabit tutur:

  • Tempomat ilə köməkçi əyləclərinin aktivləşdirilməsi: tempomat ilə müəyyən edilmiş sürətin 2 km/saat üzərində MAN BrakeMatic® fəaliyyətə keçir. Sürət enişli yollarda standart təchizat olan Intarder və ya Retarder ilə sabit tutulur.
  • Köməkçi əyləclərinin kompensasiya əyləcləməsi ilə aktivləşdirilməsi: nəqliyyat vasitəsi enişli yollarda əyləclə yavaşladılanda, ayaq əyləc pedalından götürüləndə nail olunan sürət yadda saxlanılır. Bu şəkildə müəyyənləşdirilmiş sürət enişli yolda MAN BrakeMatic® tərəfindən, standart kimi təchiz olunan Intarder ya Retarder tərəfindən etibarlılıqla sabit tutulur.
  • Köməkçi əyləclərinin maksimal sürətə çatanda Maximum Speed Control (MSC) sistemi ilə aktivləşdirilməsi: maksimal icazə verilən 100 km/saatlıq sürətə çatdıqda, standart təchiz olunmuş köməkçi əyləcləri müdaxilə edir və nəqliyyat vasitəsini həmişə maksimal sürətin altında saxlayır.



Üstünlüklər

  • Sürücünün diqqəti köməkçi əyləcin aktivləşdirilməsi ilə yayınmadığına görə daha yüksək hərəkət təhlükəsizliyi.
  • Köməkçi əyləclərinin işlədilməsi artırıldığına görə daha yüksək səmərəlilik
  • 100 km / saat sürət həddinə etibarlılıqla riayət edilməsi (Alman istehsalçıların könüllü öhdəliyi)