Texnologiya və Bacarıq

Elektroniki stabilizasiya proqramı (ESP)

Elektron Sabitlik Proqramı ESP (Electronic Stability Program), döngələrdə həddindən artıq sürətlə hərəkət zamanı yoldan çıxma və ya aşma təhlükəsi olan kritik hərəkət vəziyyətlərində sürücünü dəstəkləyir. ESP ilə təchiz olunan nəqliyyat vasitəsi bundan əlavə də sükan bucağı, fırlanma dərəcəsi və sürətləndirmə sensorları ilə təchiz olunur. Elektron strukturuna aşağıdakı iki funksiyaya malik ESP nəzarət cihazı inteqrasiya edilir:

Dinamik Stabillik Proqramı (DSP)

Dinamik stabillik proqramı sayəsində döngənin iç tərəfindəki arxa təkərin əyləclənməsi surətilə avtomobilin çatışmaz dönərliyə meylliliyinin (ön təkərlərin itələnməsi) qarşısı alınır. Avtomobilin artıq dönərliyə meylliliyi isə (arxa tərəfinin yoldan çıxması) döngənin xaric tərəfindəki ön təkərin əyləclənməsi surətilə əngəllənir.

Yıxılma Əngəli (Roll-Over Prevention - ROP)

Kritik eninə sürətlənməyə çatmadan, sürət, profilaktik olaraq mühərrikin fırlanma momentinin azaldılması və ya əyləcləmək surətilə azaldılır.



Üstünlüklər

  • Kritik eninə sürətlənmə qarşısında sürətin profilaktiki azaldılması təhlükəli hərəkət vəziyyətlərinin qarşısını alır.
  • Döngənin iç tərəfində bir təkərin qalxması halında bütün nəqliyyat vasitəsinin güclü əyləclənməsi ilə çox zaman insanlar və material üçün ciddi nəticələri olan yıxılmağın qarşısı alınır.
  • Kompensasiya əyləcləmələri sürücüyə kritik hərəkət vəziyyətlərində dəstək verir.
  • Qəzaların qarşısını almaq, həmişə də avtomobilin boş dayanma müddətlərini azaltmaq, sərnişinləri təhlükəsizliklə hədəflərinə çatdırmaq və sürücünün, sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının sağlamlığını qorumaq deməkdir.