MAN orijinal ləvazimatları

MAN orijinal ləvazimatları – avtomobiliniz üçün adaptervə doldurma cihazları

MAN orijinal ləvazimatları – çünki rahatlıq sadəcə rahatlıq deyil.

MAN yük avtobusunuza fərdi görünüş bəxş edin!

MAN avtomobilinin sürücüsü kimi Siz böyük çıxışlara artıq öyrəşmisiniz. Buna görə də Siz mobil telefondan səsucaldıcı rabitə vasitəsi kimi istifadə etmək məqsədilə Bluetooth-adapterin quraşdırılması kimi əlavə texniki təchizatla qane olmayacaqsınız. Xüsusilə də Sizin avtobusunuzun fərdi görünüşündən söhbət gedirsə. Əgər gələcəkdə küçələrdə daha rahat şəkildə şütümək istəyirsinizsə, MAN orijinal ləvazimatlarını seçin. Çünki yalnız bu yolla Siz ən yaxşı keyfyyətdən və optimal funksionallıqdan yararlana bilərsiniz.

Mobil telefonlar üçün Bluetooth-adapteri və doldurma cihazları

Bluetooth-texnologiyası Sizin MAN avtobusunuzla mobil cihaz arasında kabelsiz interfeys rolunu oynayır. Adapter və doldurma cihazlarının tətbiqi mobil telefonunuzun istənilən funksiyalarından yolda istifadə etməyə, onu enerji ilə doldurmağa və hər zaman əlaqədə olmağa imkan yaradacaq.

Üstünlükləriniz:
Mobil telefonunuzdan səsucaldıcı və ya naviqator kimi istifadə etmək nəqliyyatda təhlükəsizliyin artmasına xidmət edir. Həmçinin bunun sayəsində kirayə avtomobillərdə tez-tez sürücü dəyişikliyi olduğu zaman avtomobilin operativliyi artır.


MAN servis və ehtiyat hissələrinə iki il zəmanət

MAN servis və ehtiyat hissələrinə iki il zəmanət

MAN Truck & Bus AG-nin iki illik zəmanəti 20171 tarixindən etibarən quraşdırılmış MAN orijinal ehtiyat hissələri, MAN ecoline, eləcə də MAN ləavzimatları daxil olmaqla MAN-servis məntəqələrində2 həyata keçirilmiş bütün təmir işlərinə aiddir. Xidmət həcmi bu vaxtadək qüvvədə olan bir illik zəmanətlə eynidir. Əlavə məlumatı bizim ümumi kommersiya qaydalarından əldə edə bilərsiniz.

Flayeri yüklə

1 Ümumi şərtlərin etibarlılığına bax.
2 MAN-ın özünün servis müəssisələri və iştirak edən partnyorlar.