MAN Lion’s Intercity

MAN Lion’s Intercity

Üstünlüklər bir baxışda

  • Təhlükəsizlik
  • Uyuşqanlıq
  • Səmərəlilik
  • Rahatlıq

Broşür
MAN Lion’s Intercity

MAN Lion's Intercity - Setting new standards

Videonu açın

Şəhərlərarası nəqliyyatda yüksək təhlükəsizlik və universallıq

MAN Lion’s Intercity – sərnişinlər üçün daha yüksək təhlükəsizlik və rahatlıqla, sürücünün tələblərinə yönəlmiş kokpit və maksimum səmərəliliklə sizi heyran edəcək.

Konfiqurasiyaların yüksək uyuşqanlığı MAN Lion’s Intercity-nin həm şəhərlərarası, həm məktəb, həm də servis avtobusu kimi istifadəsinə imkan verir. Xüsusən də məktəblilərin daşınmasında təhlükəsizlik mütləq prioritetdir. Beləliklə, MAN Lion’s Intercity 2017-ci ildən etibarən qüvvədə olacaq və avtobusların korpusunun möhkəmliyinə xüsusi sərt tələblər qoyan ECE R66.02 normalarına artıq indidən uyğundur.

MAN Lion’s Intercity: İstismardan asılı olan konfiqurasiya

İstismardan asılı olan konfiqurasiya

Standart detalların komplekt sistemi MAN Lion’s Intercity-nin istər şəhərlərarası nəqliyyatda, istərsə də məktəb və ya xidmət avtobusu olaraq optimal konfiqurasiyasını təmin edir.

MAN Lion's Intercity: Sərnişinlər üçün rahatlıq

Sərnişinlər üçün rahatlıq

Yüksək keyfiyyətli oturacaqlar, minimal səs, səmərəli hava tənzimlənməsi və işıqlı salon. Şəhərlərarası nəqliyyatda rahat sərnişindaşıma üçün əla kombinasiya.

MAN Lion's Intercity: Ölçülərə uyğun sürücü kabinəsi

Ölçülərə uyğun sürücü kabinəsi

Yeni təkmilləşdirilmiş sürücü kabinəsi çeşidli avadanlıqlar, erqonomik dizayn, eləcə də əşyaları yığmaq üçün çox sayda yerləri ilə diqqəti cəlb edir.


Bütün mənfəətləriniz bir yerdə:

Yüksək MAN keyfiyyətində işləmə

MAN Lion’s Intercity – də material, hazırlanma və yerinə yetirilmə uzunömürlülük prinsipinə əsaslanır. Yüksək MAN keyfiyyət standartları avtobusun şəhərlərarası istifadə üçün ən yaxşı formada təchiz olunmasının qayğısına qalır.

Passiv təhlükəsizlik

MAN Lion’s Intercity artıq indidən 2017-ci ildən qüvvədə olacaq ECE R66.02 normalarına cavab verir və beləliklə daha yüksək passiv təhlükəsizlik təmin edir.

Səmərəlilik

MAN Lion’s Intercity ən az yanacaq sərf etməsi ilə diqqəti cəlb edir. Bunun üçün yüngül tipli nəqliyyat vasitələrinin inkişafına üstünlük verilir. Çox sayda testlər vasitəsilə havanın müqavimətini olduqca azaltmaq mümkün olmuşdur. Həmçinin avtobusun asan xidmət və təmir xüsusiyyətləri işsiz dayanma müddətini minimuma endirir.

Aktiv təhlükəsizlik

Küçə nəqliyyatında qəzalar istisna deyil – ona görə də, sərnişinlərin, sürücülərin və digər nəqliyyat iştirakçılarının özlərini güvəndə hiss etmələri çox yaxşı haldır. MAN Lion’s Intercity-də təhlükəsizlik ən yüksək prioritetdir.

Bundan əlavə, qəzalar yüksək təmir xərcləri və işsiz dayanmaya səbəb olur. Şəhərlərarası avtobus çoxsaylı təhlükəsizlik sistemləri ilə təchiz edilib. Beləliklə, qəza riskləri nəzərəçarpacaq dərəcədə azaldılır və səmərəlilik yüksəldilir.

MAN Lion’s Intercity iki qabarit ölçüsü ilə daha çox uyuşqanlıq təklif edir

Nəqliyyat vasitəsi Intercity Intercity C
Uzunluq 12.280 mm 13.050 mm
Yüklərin həcmi təx. 5,2 m³ 6,4 m³
Oturacaqlar maks. 55 59

Aşağıdakı texnologiya sayəsində: Daha təhlükəsiz və səmərəli yürüş üçün MAN sistemləri

MAN yardımçı sistemləri

Bu məsələdə onlar daim Sizin xidmətinizdədirlər. Hər zaman. MAN təhlükəsizlik və sürücü yardımçısı sistemləri hər bir metri hesablayaraq çalışırlar. Sərnişinlərinizi daha təhlükəsiz və komfortlu çatdıra bilməniz üçün.

MAN Lion’s İntercity üçün mövcud olan sistemlər:

Fövqəladə halda əyləc köməkçisi (EBA)

Çoxfunksiyalı Sükan Çarxı

Elektroniki stabilizasiya proqramı (ESP)

Elektron əyləc sistemi

Şin Nəzarəti

Məsafəni tənzimləyən tempomat (ACC)

Gedişə nəzarət sistemi LGS


Xidmətlər

MAN Xidməti

Çünki Service-i daha yaxşı xidmətə çevirir. Burada MAN-dan Service Təklifləri ilə tanış ola bilersiniz.

Daha çox məlumat üçün

Yükləmə

Broşür MAN Lion’s Intercity

Fayl növü PDF
Fayl ölçüsü 1 MB
Yüklə

Biz sizin üçün buradayıq

Əlaqə vasitəsi
Əlaqə vasitəsi

MAN xidmətləri haqqında sualınız var? Bizimlə əlaqə saxlayın. Sizə məsləhət verməkdən məmnun olarıq.

Bizimlə əlaqə saxlayın
Yaxınlığınızdakı MAN bazasını tapın
Yaxınlığınızdakı MAN bazasını tapın

Seminar və diler axtarışı ilə ərazinizdəki müvafiq MAN əlaqəçisini tapa bilərsiz.

Yaxınlığınızdakı MAN bazası