MAN Lion’s Coach ‒ texniki məlumatlar

MAN Lion’s Coach mühərriki və sürətlər qutusu

Səmərəli, uzunömürlü və şir güclü

Səyahətlərdə hər zaman etibarlı və qənaətcil

MAN Lion’s Coach detallarına kimi şir gücünə sahibdir: Güc və fırlanma momenti baxımından ən yaxşı fəaliyyət göstəricisinə malik ən yeni MAN D26 mühərrik nəsli bunu təmin edir.

Ağıllı ötürmə texnikası ilə mükəmməl qarşılıqlı harmoniyada olan MAN Lion’s Coach-unuzun texnoligiyası sizə daha az yeyilməni, uzun texniki xidmət intervalını və uzunmüddətli etibarlılığı təmin edir.

Öz performansı kimi eləcə də MAN Lion’s Coach-unuzun ən yeni təlükəsizlik sistemi təchizatı şir gücü sərgiləyir. Və onun ağıllı sürücü köməkçisi sürüş zamanı hər an fəaliyyət göstərir – izləmə köməkçisindən MAN EfficientCruise GPS-lə dəstəklənən sürət nəzarətinə qədər. Onun LED ön və arxa lampaları və ən son təhlükəsizlik qaydalarına uyğun nəqliyyat vasitəsi dizaynı hər səfərdə maksimum təhlükəsizlik təmin edir.

MAN Lion’s Coach-un güclü ötürücüsü

3 variantda təqdim olunan mühərriklə MAN Lion’s Coach hər bir tətbiq sahəsində lazımi ötürcü gücə malikdir: 12.4 litr tutuma sahib, güclü və səmərəli səkkizsilindirli mühərrik seçimdən asılı olaraq 430, 470 yaxud da 510 AG sərgiləyir. Bizim etibarlı mühərriklər ağıllı ötürmə texnolgiyası və güclü ox konsepti ilə tamamlanır.

Düclü və effektiv: MAN D26 mühərriki

510 AG və 2,600 Nm fırlanma momenti ilə özünü təsdiqləmiş MAN D26 mühərriklərinin ən yeni nəsli MAN Lion’s Coach-u səfərə uyğunlaşdırır. Əvvəlki versiyaya nisbətən 10 AG daha çox fəaliyyət göstəricisinə baxmayaraq, yeni MAN D26 mühərriki çəkidə daha azdır və Avro 6 standartının tələblərinə tam cavab verir. Common-Rail mühərriklər SCR (Seçici katalitik azaldılma) və AGR eqzoz qazı dövriyyəsi sistemi ilə eqzoz qazlarının yüksək effektli təmizlənməsinə malikdir.

MAN D26 mühərrikləri Avro 6 standartlarına uyğun ciddi emissiya dəyərlərini yalnız yoxlanış stendlərində deyil, eyni zamanda da real sürücülük şəraitində mobil emissiya ölçmələrində (PEMS) də əldə edirlər. Emissiya proseduru fərqli marşrut profilləri və müxtəlif çəki istifadəsi ilə yanaşı bütün qızdırılma mərhələlərində yoxlanılır. Optimallaşdırılmış termal idarəetmə, 2 mərhələli yanacaq filtri sistemi və ya LIN interfeysi (Local Interconnect Network) vasitəsilə üç fazalı generatorların ehtiyaca uyğun nəzarət sistemi kimi əlavə texniki təkmilləşdirmələr mühərrik fəaliyyəti baxımından ən yaxşı göstəriciləri təmin edir.

  Lion’s Coach Lion’s Coach C (2-vallı) Lion’s Coach C (3-vallı) Lion’s Coach L
Avro 6 motoru D 2676 LOH D 2676 LOH D 2676 LOH D 2676 LOH
Güc 430 AG, 470 AG 430 AG, 470 AG 470 AG, 510 AG 470 AG, 510 AG
İşçi həcmi 12,4 l 12,4 l 12,4 l 12,4 l
Maks. fırlanma 2.200 Nm, 2.400 Nm 2.200 Nm, 2.400 Nm 2.400 Nm, 2.600 Nm 2.400 Nm, 2.600 Nm
Növ və tənzimləmə 6-silindrli sıralı Common Rail dizel mühərriki 6-silindrli sıralı Common Rail dizel mühərriki 6-silindrli sıralı Common Rail dizel mühərriki 6-silindrli sıralı Common Rail dizel mühərriki
Transmissiya qutusu 6-ötürməli mexaniki transmissiya qutusu (yalnız 430 AG-də), avtomatikləşdirilmiş MAN TipMatic® 12 ötürməli transmissiya qutusu, EasyStart funksiyalı 6-ötürməli mexaniki transmissiya qutusu (yalnız 430 AG-də), avtomatikləşdirilmiş MAN TipMatic® 12 ötürməli transmissiya qutusu, EasyStart funksiyalı Avtomatikləşdirilmiş MAN TipMatic® 12 ötürməli transmissiya qutusu, EasyStart funksiyalı Avtomatikləşdirilmiş MAN TipMatic® 12 ötürməli transmissiya qutusu, EasyStart funksiyalı

Yüksək güc göstəricisi sürüş dinamikası yaranır

Böyük məsafələr və mürəkkəb marşrutlarda MAN Lion’s Coach təhlükəsiz, güclü və qənaətcildir. Ağıllı transmissiya texnologiyası hər hansı bir sürüş vəziyyətində gücün optimal ötürülməsini təmin edir.

Avtomatikləşdirilmiş 12 ötürməli transmissiya qutusu MAN TipMatic® Coach tam avtomatlaşdırılmış və manual ötürmələrin dəyişmə mexanizmləri arasında seçim imkanları təqdim edir. Avtomatik rejim sürüş vəziyyətinə uyğun olaraq ötürməni yerinə yetirir və keçirmələr zamanı mühərrikin fırlanma tezliyini uyğunlaşdırır. Manual rejimdə qərarı sürücü özü verir və keçirməni də özü həyata keçirir.

Siz və sərnişinləriniz komforta daha çox önəm verir? Bunun üçün MAN sizə 6 ötürməli avtomatik sürətlər qutusu EcoLife-ı təklif edir. Ötürmələrin yumşaq dəyişmə mexanizmi dartımda fasilə yaratmadan sizə rəvan bir səfər yaşadacaq. EcoLife sürətlər qutusunda optimallaşdırılmış diyirlənmə hərəkəti bütün ötürmələrdə fırlanma tezliyini yaxşılaşdırır, birinci ötürməyə kimi ötürücü momentin enerjisini qoruyub saxlayır və aşağı bucaqlı enişlərdə sərbəst gedişi mümkün edir. Beləcə siz yanacağa qənaət edəcəksiniz və sizin MAN Lion‘s Coach-nuz növbəti yürüş üçün yanacaq doldurmağa hazır olacaq.

MAN transmissiya texnologiyalarına keçid

Təhlükəsiz sürüş üçün güclü val konsepti

Bütün MAN Lion’s Coach səyahət avtobusları serialara uyğun olaraq sürtünməsiz hipoid ötürücü ox ilə zavoddan buraxılır. MAN uzun məsafəyə səyahət avtobuslarımızın hər biri ilə eyni zamanda çox aşağı aşınma dərəcəsi və xüsusilə yüksək mexanizm momentindən faydalanırsınız. Qabaq təkərlərdəki stabilizatorla təkərləri asılı olmayan asqılı sükan intiqalı ilə harmoniyada olan MAN Lion’s Coach istənilən yolda təhlüəksizlik və yüksək etibarlılıq nümayiş etdirir. MAN Lion’s Coach C və MAN Lion’s Coach L üç vallı modellərində əlavə əyiləbilən arxa val inteqrə edilmişdir. Sürüşkən yollarda gedən zaman optimal dartmanı təmin etmək üçün, lazım olduqda o, müvəqqəti olaraq asanlıqla açıla bilər. Şassinin digər komponentləri də mümkün qədər yüksək təhlükəsizliyə və olduqca yaxşı sürüş rahatlığına mühüm töhfə verir. Ən yaxşı nümunə böyük həcmli çarx örtükləri və elektron səviyyə nəzarət (ECAS) ilə hava vakuumlamasıdır.


Aşağıdakı texnologiya sayəsində: Daha təhlükəsiz və səmərəli yürüş üçün MAN sistemləri

Sizin MAN avtobusunuzun təhlükəsizlik sistemləri və köməkçi sistemləri

Daha təhlükəsiz sürün

MAN təhlükəsizlik və sürücü köməkçisi sistemləri sürüş zamanı daima fəaliyyət göstərirlər. Səyahət avtobuslarımız üçün ağıllı elektron sistemlərin tam çeşidini təqdim edirik. Söhbət sizin və sərnişinlərinizin təyinat nöqtəsinə təhlükəsiz və rahat şəkildə çatmasından getdikdə onlar daima yerindədirlər.

Artırılmış faydalı iş əmsalı üçün MAN avtobus sistemləri

Sistem ilə birgə sürün

Bizim GPS-dəstəkli MAN EfficientCruise® sürət nəzarəti sistemimiz sizin sürüş marşrutunuza nəzarət edir. Və bu üç kilometr qabaqdan başlayır. Ötürmə seçimində yüngül və sərfiyyat yönümlü tutacağı ilə sürət nəzarəti dartma gücünün dayanmasının qarşısını alır və böyük miqdarda yanacağa qənaət etməyə imkan verir. İnnovativ MAN EfficientRoll-texnologiyası sayəsində GPS baxışı ilə sürət nəzarəti nəqliyyat vasitəsinin çarxını da idarə edir: Yüngül meyllilik zamanı belə mexanizm avtomatik neytral nəzarətə "N" keçir, – yalnız yanacağa qənaət etmək mümkün olduqda bu baş verir. Salonda olan ən yeni faydalı iş əmsalı sistemi ilə MAN Lion‘s Coach heç vaxt olmadığı qədər rahat və ətraf mühit dostudur.

MAN EfficientCruise®

Daha yaxşı görünüş və qəzaya qarşı təhlükəsizlik üçün təminat

İlk dəfə olaraq siz MAN Lion’s Coach-un həm ön həm də arxa fənərlərini tamamilə LED formada seçə bilərsiniz. Uzaq işıqlar və gecə işıqları 50 % artıq işıqlandırma verir və böyük əhatə sahəsinə malikdir. Yeni tam LED fənərlər istismar xərclərini azaldacaq və sizin MAN Lion’s Coach səyahət avtobusunuzun aktiv təhlükəsizlik sistemini artıracaqdır.

Bütün sərnişinlər üçün maksimal təhlükəsizlik ECE-R66.02-yeni təhlükəsizlik qaydasının tətbiqi nəqliyyat vasitəsinin təkmilləşdirilməsi zamanı bizim məqsədimiz olmuşdur. Patentləşdirilmiş MAN “Boruda boru”-texnologiyası ilə yeni çərçivə konstruksiyası 50 % artıq aşma enerjisinə davamlıdır. B sütunu sahəsində və arxa hissədə əlavə daxili boru fırlanma qarmaqlarına sabitlik verirlər. Əlavə olaraq dartmaya davamlı çərçivələr yanma və tüstü xəbərdarlığı sistemləri ilə təmin olunmuşdur. Fövqəladə halda avtomobili tərk etmək isə daha rahat və təhlükəsizdir, çünki yeni MAN Lion’s Coach böyüdülmüş şüşə lyuka sahibdir.

Xidmətlər

Xidmətlər

Ən yaxşı xidmət yaxşını daha yaxşı edir. Burada MAN-nın xidməti təklifləri haqqında daha ətraflı məlumat əldə edin.

MAN Service veb səhifəsini ziyarət edin