MAN Lion’s Coach

MAN Lion’s Coach yeni dizaynla

Yollarda şiri təmsil edir

Yeni nəsil D26 mühərriki

Şir güclü və nümunəvi

MAN D26 mühərriklərinin və TipMatic® transmissiya qutularının yeni nəsli

  • güclü: 510 AG və 2.600 Nm fırlanma momentinə qədər
  • effektiv: Transmissiya səmərəliliyi dərəcəsi: 99,7 faizə qədər
  • ardıcıl: Real şərtlərdə Avro 6 təsdiqi

Ətraflı məlumat

MAN Lion‘s Coach: Sürüş dinamikası faydalı iş əmsalını təmin edir

Bizim MAN Lion’s Coach səyahət və uzaq məsafə avtobuslarımızla siz artıq özünüzü səfər zamanı daha rahat, güvəndə, təhlükəsiz hiss edəcək və daha qənaətcil olacaqsınız.

Görünüşü və avadanlıqları özünə inamlı və zərif olduğu qədər, eyni zamanda da inandırıcı və funksionaldır. Onun texniki hissəsi təmiz sürücülük dinamikası və sabit səmərəliliyidir: 510 AG-ə kimi çəkim performansına sahib MAN Lion‘s Coach sizə heyrətamiz sürüş komfortunun təminatını verir. Az yanacaq sərfiyyatına malikdir və Avro 6 ciddi emissiya qazı standartına tam uyğun gəlir.

Bu gücə etibar edə bilərsiniz: Uzun illərdir etibarlı olan, texniki cəhətdən inkişaf etmiş komponentləri, eləcə də MAN-ın geniş çeşidli xidmətləri, sizə səyahət avtobusları arasında ən yüksək səviyyədə nəqliyyat vasitəsi xüsusiyyətlərini və bununla da mümkün olan ən yaxşı istifadə imkanlarını təmin edir.

Digər məlumatları göstərin

Güclü şir daha da güclənir

MAN Lion’s Coach – Flotunuzun güvənli əsası

Ən mükəmməl şəkildə MAN maşın bacarığı və xidməti.

Etibarlılıq MAN Lion’s Coach ilə yeni məna kəsb edir. Güclü Common Rail-mühərrikləri, mükəmməl uyğunlaşan Transmissiya qutusu, artırılmış texniki baxış intervalı: Lion’s Coach artıq səfərlər zamanı daha uzun, daha effektiv və daha güclüdür.

Biz ən yüksək nəqliyyat vasitəsi xüsusiyyətlərinə zəmanət veririk

... düşünülmüş, çox effektiv mexanizm sayəsində
yanacağa qənaət edən köməkçi sistem ilə kombinə edilmişdir.

... təmir müddətinin nəzərə çarpan azalması
texniki baxış intervallarının uzadılması və MAN texniki baxış hesablayıcısı sayəsində.

... Tam-LED ön lampalar,
ön və arxa tərəflərdə bütün işıq funksiyalarını yerinə yetirə bilərlər. Bu, aktiv təhlükəsizliyi artırır – "nəqliyyat vasitəsinin ömrü uzanır".

... nəzərə çarpan daha yüksək korroziyaya davamlılıq,
Innovativ istehsal proseduru sayəsində mühərrik qapağında polad çərçivələrə ehtiyac qalmır (forma sabitliyində zərər olmadan).

... çox hissəli ön hissə yeni konsepti
açıq-aydın şəkildə təkmilləşdirilmiş kinematika ilə. Optimallaşdırılmış xidmət konsepsti ilə yanaşı sadə əldə etmə və yüngül mübadilə xüsusiyyətləri ilə təmir xərcləri və texniki baxış müddətləri azaldılır.

... MAN xidmətlərinin 360° dərəcəlik göstəriciləri.
Texniki baxış və təmirin idarə olunmasından müvafiq maliyyə həlləri və professional sürücü təlimləri və hərəkətlilik dəstəyinə qədər.

MAN Lion’s Coach – Əvvəldən özünü doğruldan investisiya

MAN keyfiyyəti maksimal maşın imkanları ilə son detalına qədər

Ehtiyaclarınıza mükəmməl şəkildə uyğun gələn nəqliyyat vasitəsi konseptiı axtarırsınız? Sizi gündəlik tapşırıqlarınızda optimal şəkildə dəstəkləyən etibarlı tərəfdaş?

Təmiz ticari vasitə istehsalçısı kimi MAN böyük təcrübəsi və ətraflı xidmət təklifi sayəsində biz sizə Lion’s Coach ilə xərcləri azaldan səyahət avtobusunu təklif edirik.

O, yüksək etibarlılığı, yüksək effektivliyi və az əməliyyat xərcləri ilə özünü göstərir. Özünü əvvəldən və hər sürülən kilometr ilə doğruldan investisiya. EfficientLine-paketi ilə biz sizə effektivliyi artıran, mükəmməl şəkildə bir-biri ilə uyğunlaşan komponentləri təklif edirik.

Ümumi baxış:

Optimal uyğunlaşdırılmış mexanizm hissəsi
daha az yanacaq sərfiyyatı və aşınmaya davamlılığı ilə TCO-nun nəzərə çarpacaq dərəcədə azalmasına təsir edir.

Digər yanacağa qənaət üsulları
GPS dəstəkli Tempomat MAN EfficientCruise® ilə keçid seçiminə asan və ağıllı şəkildə yönələn MAN EfficientRoll® ilə əlaqə.

Daha uzun arxa val nisbəti
həmçinin yanacaq sərfiyyatına da müsbət təsir edir.

Birinci dəfə deyil ki, MAN
təkmilləşdirilmiş texnologiyası sayəsində texniki baxış intervalını artırır. Lion’s Coach səfərlər zamanı daha da etibarlıdır.

MAN Lion’s Coach – ləzzət verən rahatlıq

Xüsusi növlq səfər macərası

Bir dəfə MAN Lion’s Coach -a daxil olan bilir ki: Burada səyahət artıq avtobusa minərkən başlayır. Burada həm texniki, həm də optik cəhətdən heyrətə gətirən interyer sayəsində xoş hissiyyat mühiti mövcuddur. Eləcə də rəqəmsallaşdırılmış dünya tələblərinə cavab verən təchizat sizi heyran edəcəkdir.

Bu təbii ki, ancaq sərnişinlər üçün deyil. Həmçinin sürücü üçün də Lion’s Coach-da mümkün olmayan heç nə yoxdur: Erqonomik düşünülmüş sürücü kabinəsi ona rahat bir iş mühiti yaradır.

Ümumi baxış:

Harmonik rəng çaları,
Dolayı LED işıqlandırması və böyük dam günbəzi cəlbedici otaq iqlimi yaradır.

Oturacaqların quruluşu,
MAN Multimedia Coach Infotainment-sistemi, planşet tutacağı, USB-birləşmələri və ya tənzimlənən baş yastıqları rahat və fərdi qurula bilən səyahət macərasını təmin edirlər.

Yeni amortizator nəsli
və optimallaşdırılmış şassi uyğunlaşdırılması maksimal sürüş rahatlığına zəmanət verir.

Yeni böyük şüşə dam lyukları
Ultrabənövşəyi filtr ilə daxili hissəni işıq və aydınlıq ilə təmin edirlər.

Optimallaşdırılmış kokpit
Yeni depolama konsepti və təkmilləşdirilmiş keçid tənzimləməsi ilə sürücüyə daha cəlb edici iş yeri təklif edir.

MAN Lion’s Coach ilə təhlükəsizlik əldə edirsiniz

Bu, nəzərə çarpan təhlükəsizlikdir

MAN Lion’s Coach sizin üçün yalnız təhlükəsiz investisiya deyil, o, bütün sərnişinlərə maksimal təhlükəsizlik zəmanətini verir. Bunun üçün innovativ köməkçi sistemlər, o cümlədən yanğından qoruyan dartılmaya davamlı çərçivə ilə və fövqəladə halda çıxmanı təmin edən genişləndirilmiş şüşə dam lyuku yardım edir.

Həmçinin üzərində yenidən işlənilmiş kokpit istifadəsi asan əməliyyat konseptiı ilə səfər zamanı təhlükəsizliyi artırır.

İnteryerə uyğunlaşma ilə daha yüksək təhlükəsizlik

Erqonomik dəyərlərlə hazırlanmış kokpit
səfər zamanı küçə nəqliyyatında maksimal diqqət üçün intuitiv xidməti mümkün edir.

Yeni, daha böyük şüşə dam lyuku-/fövqəladə halda çıxış lyuku
yüksək ultrabənövşəyi filtr ilə həm həddindən artıq günəş şüalanmasından qoruyur, həm də fövqəladə halda asan çıxış vasitəsilə təhlükəsizliyi artırır.

ECE R66.02-ə əsasən yeni çərçivə konstruksiyası.

  • Yanğın və tüstü xəbərdarlığı avadanlığı ilə dartılmaya davamlı çərçivə
  • Patentləşdirilmiş "Boru daxilində boru" texnologiyası
  • Yüksək dərəcəli möhkəm poladdan istifadə
  • Arxada və B sütunu sahəsində əlavə daxili boru ilə xarici stabil diyirlənmə yayı.

İnnovativ yardımçı sistemlər

Şüşə dam və böyük pəncərlər Lion’s Coach-da rahatlıq hissiyatımı təmin edirlər
Tablet tutacağı və USB birləşməsi ilə rahat oturacaqlar
Lion’s Coach-un erqonomik və istifadəsi asan kokpiti
MAN Lion’s Coach-ın arxa hissəsi: müasir dizayn və funksionallıq
MAN Lion’s Coach açılan baqaj örtüyü ilə

Vahid mühit hissiyatı

Yeni şüşə dam gümbəzi ultrabənövşəyi filter ilə salona əlavə işıq gətirir. Qaranlıq olarkən keçidli LED işıq lenti rahatlıq hissiyatı üçün isti ağ rəngini təmin edir.

Güvənli rahatlıq yaradan müasir mobillik

Harmoniyalı və eleqant rəng çalarları, o cümlədən cəlbedici təminatlı, tablet tuacağı və USB birləşməsinə malik oturacaqlar rahat və indivisual qurulmuş səfər macərasını təmin edirlər.

Rahatlıq hissi verən kokpit

MAN Lion‘s Coach öz sürücüsünü cəlbedici iş yeri ilə salmayır. Quruluşu və rəng seçimində, eləcə də erqonomika və istifadə rahatlığında onu üstələmək olmaz.

Güclü. Özünə inamlı. Müasir.

MAN Lion‘s Coach-un arxa tərəfi aydın strukturlaşdırılmış və səliqəli dizaynı ilə insanları cəlb edir. Müasir və xətasız MAN.

Prifldə eleqantlıq və funksionallıq

Yaşlanmayan forma və balanslı porsiyalar: MAN Lion’s Coach güvənli və müasir maşın konsepsiyasının mükəmməl kombinasiyasıdır.

Eyni zamanda güclü və qənaətcil

Bizim MAN Lion’s Coach ilə siz daha qənaətçil, etibarlı və ekoloji şüurlu səfər edəcəksiniz. D26 model seriyasından olan səkkizsilindirli mühərriklər aşağı yanacaq maddə sərfiyyatı və uzun texniki xidmət intervalında 510 AG-ə kimi çəkim performansı sərgiləyir. Mühərrikin faydalı iş əmsalı və ixrac qazların zərərliyinin azaldılması sistemi üçün olan ən yeni MAN-texnologiyaları Avro 6 standartının qorunub saxlanmasını təmin edir. Bizim hər iki – MAN TipMatic Coach və Eco Life sürətlər qutusu seçimləri ilə istənilən tətbiq sahəsi üçün uyğun həll variantımız var.

Avro 6 ilə yüksək effektiv güc paketi

Bizim sınanmış MAN D26 mühərriklərinin ən yeni nəsli sizin MAN Lion’s Coach-unuzu 510 AG-ə kimi olan at gücü və 2.600 Nm fırlanma momenti ilə daha güclü və qənaətcil edəcək. Əvvəlki versiyaya nisbətən 10 AG daha çox fəaliyyət göstəricisinə baxmayaraq, yeni D26 mühərriklərimiz çəkidə 70 kq daha azdır və Avro 6 standartının tələblərinə tam cavab verir. Common-Rail mühərriklər SCR (Seçici katalitik azaldılma) və AGR eqzoz qazı dövriyyəsi sistemi ilə eqzoz qazlarının yüksək effektli təmizlənməsinə malikdir. Termal idarəetmə, 2 mərhələli yanacaq filtri sistemi və ya LIN interfeysi (Local Interconnect Network) vasitəsilə optimallaşdırılmış üç fazalı generatorların ehtiyaca uyğun nəzarət sistemi kimi əlavə texniki təkmilləşdirmələr mühərrik fəaliyyəti baxımından ən yaxşı göstəriciləri təmin edir.

Möhtəşəm sürüş rahatlığı üçün transmissiya qutusu zərifliyi

Ağıllı sürətlər qutusu texnologiyası sizin MAN Lion’s Coach-unuzda gücün otimal şəkildə dinamikliyə çevrilməsini həyata keçirir. Avtomatlaşdırılmış 12-ötürməli mexaniki transmissiya qutusu olan MAN TipMatic® Coach istənilən sürüş vəziyyətində ən yaxşı çarxı seçir və keçid zamanı mühərrik dövretmə tezliyini tənzimləyir. Birbaşa 11-ci ötürmədə avtomatik transmissiya qutusu 99,7 faiz faydalı iş əmsalına nail olur. Onun SmartShifting funksiyası SpeedShifting vasitəsilə bütün ötürmələrdə yüksək keçid dəstəyi HSU ilə sürətli keçidi və cari sürüş vəziyyətinə uyğun olaraq ötürücünün seçilməsini təmin edir. İnteqrə edilmiş əymə sensoru sizi xüsusilə işə salma zamanı qoruyur. Avtomatik sistem əlavə sensor məlumatlarını istifadə edir və nəqliyyat vasitəsinin çəkisi və mövcud ərazi topoqrafiyasından asılı olaraq müvafiq ötürmələri etibarlı şəkildə müəyyən edir.

Bizim MAN TipMatic® Coach transmissiya qutusu səs sistemi və etibarlılıq baxımından yeni nailiyyətlər əldə etmişdir. Texniki təkmilləşdirmələr əvvəlki modellə müqayisədə transmissiya qutusunun əməliyyat səsini 6 dB (A) azaldır. Və biz mekatronikanın xidmət ömrünü 1,6 dəfə artırdıq. Əlbəttə ki, TipMatic® Coach transmissiya qutusu sizə tam avtomatik keçid ilə sürücü tərəfindən həyata keçirilən manual ötürmə arasında seçim etməyinizi təklif edir.

Avtomat sürətlər qutusu EcoLife

Güclü keyfiyyətə malik dəyişdirmə sxemi

Avtomatlaşdırılmış 6 ötürməli transmissiya qutusu EcoLife sizin sürüş performansınızı müxtəlif yollarla – yavaş şəhər nəqliyyatında, qısa şəhərlərarası səfərlərdə və dağ turlarında yaxşılaşdırır. Dəyişdirilmiş təkər cütü ötürmənin erkən yuxarı qaldırılmasını mümkün edir, diyirlənmə momentini birinci ötürməyə kimi saxlayır və bütün ötürmələrdə fırlanma tezliyini azaldır. "Fırlanma" funksiyası mühərriki aşağı bucaqlı enişlərdə sərbəst gedişi halında saxlayır. Hər iki texniki göstəricilər eyni effektə gətirib çıxarır: Onlar yanacağa və enerjiyə qənaət edir.

Bundan əlavə fenomenal diyirlənmə hərəkətindən yararlanın: Dartımda fasilənin olmaması sizin MAN Lion‘s Coach-unuzun uzunömürlülüyünü təmin edir.

Ətraflı məlumat

MAN Lion’s Coach səfər zamanı səmərəlilik bəxş edir

Siz böyük xərc olmasan biznes ideyasnızı tətbiq etmək istəyirsiniz və təchizat hissələri, tam paket və maksimal funksionallıq və rentabellik arzulayırsınız? O zaman texniki və optik dəyərli MAN Lion’s Coach möhkəm və etibarlı nəqliyyat vasitəsini təklif edir. Yüksək səmərəli, hər addımda gücə və enerjiyə malik səfər avtobusu bunu hər kəsə sübut edir və yolda mükəmməl və davamlıdır.

MAN Lion’s Coach: Sərnişinlər səfərdən həzz alır.

Rentabellik həzzlə qarşılaşarsa

Müştərilərimizin gündəlik tələblərinə cavab verərək MAN Lion’s Coach ən incə detalına qədər effektivliyi təmin edir. Onu gündəlik həyatda uğurlu edən xüsusiyyət isə odur ki. ondan sahibkarlar, sürücü və sərnişinlər eyni dərəcədə məmnundurlar. Avtopark meneceri üçün ən yüksək səviyyədə nəqliyyat vasitəsinin xüsusiyyətləri sayəsində üstünlük təşkil edən iqtisadi cəhətdən səmərəlilik çox vacibdir, Sürücü və sərnişinlər ən yüksək səviyyəli rahatlığı əldə edirlər.

Daha böyük baqaj həcmi üçün 13 metrəlik variantlı iki val

İndidən etibarən emosiyalarınız üçün daha böyük yer

Bir az daha uzun ola bilərmi? MAN Lion’s Coach əlavə iki vallı 13m-lik variantı ilə optimallaşdırılmış avtopark üçün sizə mükəmməl bir sistem təklif edir. 59 oturacaq və çamadan və depolama bölməsində artırılmış baqaj həcmi ilə rahat səyahət avtobusunun ehtiyac yönümlü istifadəsini mümkün edir.

MAN EfficientLine paketi

MAN Lion’s Coach üçün EfficientLine paketi: Daha aşağı yanacaq sərfiyyatı, daha az aşınma, daha böyük effektivlik.

EfficientLine paketi ilə MAN mükəmməl uyğunlaşdırılmış ötürülməni əlavə yanacağa qənaət xüsusiyyətləri ilə birləşdirir. Bütün komponentlər elə birləşdirilmişdir ki, optimal effektivlik təmin edilsin. Bunun sayəsində yanacaq sərfiyyatı əhəmiyyətli dərəcədə azaldıla bilər, aşınma minimuma endirilə və ümumi əməliyyat xərcləri aşağı səviyədə saxlanıla bilər.

EfficientLine paketinə daxildir:

Effektiv ötürülmə

  • TipMatic® Coach ağıllı işə düşmə və keçid strategiyaları olan transmissiya qutusu: yanacaq sərfiyyatını azaldır və sürüş rahatlığını və təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır
  • GPS dəstəkli Tempomat EfficientCruise® və transmissiya qutusu funksiyası EfficientRoll®, həmçinin GPS bağlantısı vasitəsilə əvvəlcədən çarxlara nəzarət edilir: iqtisadi cəhətdən daha səmərəli və daha rahat sürüş üçün
  • Uzun val nisbəti i = 2,73: daha aşağı sərfiyyat və aşınma, eləcə də daha az səs səviyyəsi

Effektiv xüsusiyyətlər

  • Məsafədən tənzimlənən sürət nəzarət sistemi ACC: lazımsız sürəti və əyləcin qarşısını alır
  • Şin təzyiqini idarəetmə sistemi TPM: uyğun olmayan şin təzyiqi ilə sürüşün qarşısını alır
  • Tam LED ön lampa: enerjiyə qənaət edən və uzunömürlüdür
  • Yüngül alüminium disklər: nəqliyyat vasitəsinin çəkisini azaldır
  • Avtomobil siqnalizasiyası

Xidmətlər

Xidmətlər

Ən yaxşı xidmət yaxşını daha yaxşı edir. Burada MAN-nın xidməti təklifləri haqqında daha ətraflı məlumat əldə edin.

MAN Service veb səhifəsini ziyarət edin

MAN Lion’s Coach qrimsel sahəsi üzərində

Yükləmə

MAN Lion’s Coach-ın mühərriklərinə ümumi baxış

Fayl növü PDF
Fayl ölçüsü 5 MB
Yüklə

Biz sizin üçün buradayıq

Əlaqə vasitəsi
Əlaqə vasitəsi

MAN xidmətləri haqqında sualınız var? Bizimlə əlaqə saxlayın. Sizə məsləhət verməkdən məmnun olarıq.

Bizimlə əlaqə saxlayın
Yaxınlığınızdakı MAN bazasını tapın
Yaxınlığınızdakı MAN bazasını tapın

Seminar və diler axtarışı ilə ərazinizdəki müvafiq MAN əlaqəçisini tapa bilərsiz.

Yaxınlığınızdakı MAN bazası