MAN Lion's Coach – Daxili salon

Lion's Coach Daxili salonu – sərnişinlər və sürücü üçün

Çox yüksək daxili göstəricilər

Sərnişinlər və sürücü üçün rahatlıq və təhlükəsizlik

"Xahiş edirik minin" – Lion's Coach-da şərnişinləriniz bunu iki dəfə demək məcburiyyətində qalmayacaqlar. İşıqlandırılmış sərnişin bölməsindən oturacaq rahatlığına qədər olan bütün sahələri əhatə edən daxili göstəriciləri sayəsində ilk səyahətinizdən etibarən bütün səyahətlərinizdən zövq almağınızı təmin edəcək.

Lion's Coach bütün daxili salonu "Hərtərəfli xoş hissiyyat-konsepti"nə əsaslanaraq təsis edilmişdir. Əlbəttə ki, bu, sürücü bölməsinə də aiddir. Ən incə detalına qədər burada bütün komponentlər ən mümkün dərəcədə erqonomik və optimal funksionallıq üçün nəzərdə tutulmuşdur.

MAN Lion's Coach-un sərnişin bölməsi

Standart xoş hissiyyat

Minən andan etibarən səyahət hissi

İşıqlandırılmış daxili salon, əlavə dolayı LED işıqlandırma və optiki hər bir incə detalına qədər düşünülmüş inyeryer: Lion's Coach-da yol üçün rahatlıq standart olaraq quraşdırılmışdır:

  • Erqonomik rahat-oturacaqlar
  • Geniş baqaj rəfləri
  • Planşet və kiçik dizüstü kompüterlər üçün saxlama yerləri
  • Yolda yükləmək üçün USB birləşməsi

Sərnişinləriniz minən andan etibarən heyrətə düşəcəklər. Cəlbedici dizaynda olan sərnişin bölməsinə ilk baxışdan bunları görmək mümkündür: Burada sərbəst və rahat bir şəkildə səyahət edə bilərsiniz. Daxili salonun quruluşu ahəngdar və müasir bir xoş hissiyyat mühiti yaradır. Və səfər zamanı sərnişinləriniz hər an üstün səyahət rahatlığını hiss edəcəklər. Siz bir çox praktik rahatlıq funksiyalarından istifadə edə və ya sadəcə arxaya uzana və müxtəlif dizayn detallarından zövq ala bilərsiniz.

MAN Lion's Coach səyahət avtobusunda şüşə tavan lyuku

Müşahidə bölməsi

Qonaqlarınıza hərtərəfli səyahət təcrübəsi təklif etmək istəyirsiniz? Lion's Coach sərnişin salonunda siz tam da məqsədinizə nail olursunuz. Harmonik və zərif rənglər tonları qeyri-adi bir mühit yaradır. Çox işıq, təmiz hava və yüksək keyfiyyətli interyer qeyri-adi bir xoş hissiyyat atmosferi yaradır.

LED işıq zolağı ilə Lion's Coach-da tavan işıqlandırması, ağımtraq, dolayı işıqla bütün tavan sahəsini işıqlandırır – gündüz və qaranlıqda. Pəncərə səthləri və ultrabənövşəyi filtrli şüşə tavan lyuku sərnişin salonuna təbii işıq və parlaqlıq gətirir.

Standart inteqrə edilmiş kondisioner sistemi səyahət temperaturunu tam avtomatik olaraq tənzimləyir. O, havadan asılı olaraq, sərnişin salonunun xoşagələn qızdırılmasını və ya təravətləndirici bir soyudulma təmin edir. Eyni zamanda, kondisioner sistemi daxili salonu daima təmiz hava ilə təchiz edir.

MAN uzun məsafəyə səyahət avtobusunda sərnişinləriniz xoş bir səyahət yaşayacaqlar. Bütün avadanlıqları elə bir şəkildə dizayn və inteqrə etmişik ki, bütün sərnişin salonunda maksimum hərəkət sərbəstliyi təmin edilsin və geniş, açıq bir oturma sahəsi təklif edilsin.

Rahatlıq və səyahət səmərəliliyi: MAN Lion's Coach-da oturacaq

Səyahət rahatlığı

Lion's Coach üçün biz oturacaqların dizaynına xüsusi diqqət yetirmişik: Hər bir yer sərnişinlər tərəfindən rahatlıq və hərtərəfli səyahət səmərəliliyi ilə qiymətləndirilir. Ergonomik səyahət oturacaqları sayəsində sərnişinləriniz uzun səfərlərdə də özlərini rahat hiss edəcəklər. Bütün oturacaqlarda maksimal oturma rahatlığı üçün tənzimlənən başlıqlar və kifayət qədər ayaq yeri vardır.

Oturacaqların mövqeyi asanlıqla geriyə yönəldilə bilər. Öndə əyləşən şəxsin oturacağının arxasında qatlanan masada fincan saxlayan yer də mövcuddur. Hər oturacaq üçün standart rahatlıq paketinə ayrıca hər bir oturacağın üstündə yerləşdirilən xidmət dəsti daxildir: Burada sərnişinləriniz üçün LED oxuma işığı, tənzimlənən hava məsamələri eləcə də dinamiklər və xidmət düymələri mövcuddur.

İstəyə uyğun avadanlıq

Sərnişinlər və sürücülər MAN Lion's Coach avtobusunda özlərini hərtərəfli rahat hiss etməlidirlər. Bu bizim məqsədimizdir. Buna görə də bizim səyahət avtobuslarımız standart olaraq rahatlıq paketi ilə təchiz olunmuşdur. Nəqliyyat vasitələrinin avadanlıqları konfiqurasiya edilə bilər və xüsusi ehtiyaclarınıza və tələblərinizə uyğunlaşdırılır. MAN nümayəndəsi böyük məmnuniyyətlə sizə məsləhət verəcəkdir.

MAN əlaqə vasitələriniz bir baxışda

Sərnişinlərinizi kəlmənin tam anlamı ilə bütün duyğularınızla daşımaq istəyirsiniz? MAN Individual həmçinin avtobusunuzun salonu üçün geniş çeşidli xüsusi sistemlər təklif edir.

MAN Individual haqqında daha ətraflı məlumat əldə edin

Sadə daxil olma

Geniş giriş pilləkənləri ilə minmək və düşmək

Avtobuslarımızın bütün giriş və çıxışları geniş pilləkənlər ilə təchiz edilmişdir və sərnişinlərinizin nəqliyyat vasitəsinə təhlükəsiz və rahat bir şəkildə daxil olmasına imkan verir. Bundan başqa pilləkənlərdəki LED işıqlar onun daha çox təhlükəsiz olmasını təmin edir.

Təkərli əlil arabası üçün əlavə lift

İstəyə bağlı olaraq, təkərli əlil arabası üçün lift arxa qapıya inteqrə edilə bilər. Sərnişinlər həmçinin sərnişin salonunda rahat və təhlükəsiz hərəkət edə bilərlər. Bütün döşəmə heç bir qabarma və ya pilləkən olmadan tamamilə dümdüzdür. Sərnişinlərinizin maneəsiz hərəkətliliyinə imkan vermək üçün MAN Lion's Coach nəqliyyat vasitələri ideal seçimdir.

Hər şeyin ən yaxşısı yerləşdirilmişdir

Xüsusilə səyahət və uzun məsafəyə səyahət avtobus səfərlərində sərnişinlərinizin baqaj yükü üçün geniş saxlama yerinə ehtiyacınız olacaq. Buna görə də sınaqdan keçirilmiş Hündür qat konseptini daha da optimallaşdırmışıq: Modelindən asılı olaraq, Lion's Coach -da sərnişinlərinizin baqaj yükü üçün 11,7 və 14,3 m3 arasında saxlama yeri var.

Oturacaqların üzərindəki baqaj saxlama yeri

Sərnişin salonunda sərnişinlərinizin xüsusilə əlavə baqajları üçün çox miqdarda yer mövcuddur. Lion's Coach -da dam kanallarını maksimum saxlama zonasının mövcud olacağı bir şəkildə dizayn etmişik. Oturacaqların üstündə olan açıq baqaj saxlama yerləri çantaları əl baqajı və orta ölçülü səyahət çantalarını asanlıqla saxlayır.

Lion's Coach-da baqaj yeri

Böyük çamadanlar və çantalar üçün geniş yerlər sizə saxlama yerini təklif edir. Bunları yeni, çox yüngül qapaqlar ilə təchiz etmişik. Baqajın yüklənməsi və boşaldılmasını indi yeni Lion's Coach -da daha asan və daha sürətli həyata keçirilir.

Turda ekstra rahatlıq

MAN Lion's Coach-da inteqrə edilmiş kiçik mətbəx

İnteqrə edilmiş kiçik mətbəx sayəsində daha uzun səyahətlərdə sərnişinlərinizin özlərini rahat hiss etməsini təmin edə bilərsiniz. Sərin içkilər, isti qəhvə və qəlyanaltılar hər zaman verilə bilər. Kiçik yeməklərin hazırlanması da Lion's Coach-da asanlıqla mümkündür.

USB-birləşməsi olan oturacaq

MAN ilə müasir mobil

Ağıllı telefon, planşet və s. – rəqəmsal tərəfdaşlarınız dövrümüzdə sizinlə birlikdə səfər edirlər. Səyahət avtobuslarımızda hər şey var, buna görə sərnişinlər yolda arzuolunan şəkildə məlumat və əyləncə vasitələrindən istifadə edə bilərlər: Hər bir oturacaqda batareyadan istifadə üçün və ya mobil cihazların doldurulması üçün USB portu təklif edilir. Beləliklə, növbəti dayanacağa qədər ağıllı telefon, planşet və ya rəqəmsal kameralar istifadəyə yararlıdır. Beləliklə, biz səyahət zamanı sərnişinlərin şəxsi istəklərinə uyğun əylənmək və vaxt keçirtmək üçün elektron əyləncə qurğusundan istifadə edə biləcəklərini təmin edirik. Hər bir oturacaqdakı masada biz əlavə praktiki tutacaq inteqrə etmişik: Səyahət zamanı sərnişinlər ağıllı telefonları, mobil cihazları və planşetləri təhlükəsiz və rahat istifadə edirlər.

DVD və video sistem daxil olmaqla, həmçinin bizim MAN Multimedia Coach Infotainment sistemi ən yaxşı əyləncə seçimini təmin edir. Iki 19 düymlük düz ekranlar bütün oturacaqlarda yaxşı görünürlük təmin edir.

MAN Lion's Coach kokpiti

Təhlükəsiz səyahət üçün hər bir incə detalına qədər düşünülmüşdür

Hərtərəfli rahatlığı təmin edən kokpit iş yeri kimi

Lion's Coach kokpiti sürücünün ehtiyaclarına optimal şəkildə uyğulaşdırılmışdır. Nəqliyyat və təhlükəsizlik tədqiqatlarının ən son bilgilərinə əsasən kommersiya nəqliyyat vasitələrinin istehsalında onun dizaynı bizim onillik təcrübəni birləşdirir.

Lion's Coach kokpit
Fahrerarbeitsplatz Depolama konsepti

Tam işıqlandıırlmış sürücünün iş bölməsi

Asan istifadə edilə bilən depolama konsepti və təkmilləşdirilmiş keçid tənzimlənməsi sürücünü iş bölməsində dəstəkləyir və onun bütün diqqətini yol nəqliyyatına yönəldir. Eyni zamanda, erqonomik iş bölməsi rahat sürüşü təmin edir və nəqliyyatda təhlükəsizliyi əhəmiyyətli dərəcədə artırır. MAN uzun məsafəyə səyahət avtobusu ilə sürücülərinizə sərnişinləri təhlükəsiz və məmnun olacaqları bir şəkildə sürücülük etmək üçün ən yaxşı şərtlər təklif edirsiniz.

  • Stəkan və mobil telefonun saxlanması daxil olmaqla yenidən işlənmiş depolama konsepti
  • Açarların asan istifadə təlimatı
  • Vakuumlu, hərtərəfli tənzimlənə bilən, yuxu gətirməyən yol hərəkəti üçün nəzərdə tutulmuş oturacaq (seçim kimi oturacaq qızdırıcısı və qol dəstəkli)
  • Çoxfunksiyalı sükan – hündürlüyü və meylliliyi tənzimlənə bilər
  • MMC (MAN Multimedia Coach), naviqasiya funksiyalı
  • Əməliyyat və diaqnostik məlumatları nümayiş etdirən mərkəzi ekran
  • LED texnologiyalı nəzarət və göstərici işıqlar
  • Sürücü ekranında təhlükəsizlik və aşınma ilə bağlı olaraq aparılan müntəzəm yoxlamalar
  • Onboard və Offboard diaqnostik variantlar
  • Kokpitin fərdi havalandırılması
  • Ən yaxşı görüş üçün inteqrə edilmiş geniş bucaq və arxa güzgülər
  • Sürücü üçün rahat yatma kabinəsi

Xidmətlər

Xidmətlər

Ən yaxşı xidmət yaxşını daha yaxşı edir. Burada MAN-nın xidməti təklifləri haqqında daha ətraflı məlumat əldə edin.

MAN Service veb səhifəsini ziyarət edin