MAN Lion's City

MAN Lion's City

Üstünlüklər bir baxışda

  • Ətraf mühitə dost
  • İqtisadi cəhətdən səmərəli
  • Çevik
  • Rahat
  • Mükəmməl uyğunlaşma

Kitabçalar

MAN Buses ‒
Lion's Family

Videonu açın
Yeni MAN Lion's City sərnişin avtobusu

Yeni MAN Lion's City

Sınaqdan keçirilmiş MAN Lion's City modelinə mükəmməl bir əlavə: Yeni təkmilləşdirilmiş sərnişin avtobusu

Ətraflı məlumat

Şəhərlər üçün çevik səxavətlilik möcüzəsi

MAN Lion's City alçaq zəminli avtobus seriyası müntəzəm şəhər nəqliyyatının bütün tipik tələblərinə ustalıqla cavab verir: Yaxşı düşünülmüş və sınaqdan keçirilmiş variantların müxtəlifliyi sayəsində, o müxtəlif tələblərə cavab verən mükəmməl avtomobil təklif edir.

Bunun əlamətdar sübutu təkcə „MAN Bus of the Year 2015“ mükafatı deyil. MAN öz modul konsepsiyası ilə ictimai nəqliyyatda hər bir ehtiyaca uyğun müxtəlif avtobus modellərini təklif edir. Beləliklə, nəqliyyat tutumu, nəqliyyat vasitələrinin uzunluğu və konsepsiyaları (qapı sayı, daxili dizayn, alçaq zəmin, alçaq giriş) eləcədə mexanizm növü ölçülərə uyğun olaraq kombinə edilə bilər. Hər bir model öz rahatlığı, təhlükəsizliyi və səmərəliliyi ilə inam yaradır.

MAN Lion's City tək bölməli avtobus üç qapı və iqtisadi cəhətdən səmərəli mühərriklər təklif edir.

Üç yöndə sərnişin axını

MAN Lion's City tək bölməli avtobusu hər baxımdan effektivdir: Üç qapı və iqtisadi cəhətdən səmərəli mühərriklər sayəsində optimal sərnişin axını.

MAN Lion's City GL iki bölməli avtobusu Optimallaşdırılmış ayaqüstü məkan konsepsiyası ilə

Yer açın sözü artıq keçmişdə qaldı

MAN Lion's City GL iki bölməli avtobusu ayaqüstü sərnişinlər üçün daha çox yer təklif edir.

MAN Lion's City avtobusları sıxlıq vaxtlarında belə rahatlığa təminat verir

Bəzən birlikdə, bəzən yalnız

Təklif etdiyi sahələrlə MAN Lion's City avtobusları sıxlıq vaxtlarında belə sürətli və çevikdir.


Bütün mənfəətləriniz bir yerdə:

Ətraf mühitə dost

MAN Lion's City şəhər avtobusları müntəzəm nəqliyyat xətlləri üçün nümunəvi bir avtomobildir. Avtobuslar Avro 6 emissiya standartına asanlıqla cavab verir və „ƏTRAF MÜHITIN VƏ SAĞLAMLIĞIN qorunması“ şüarı ilə Almaniyada „Blauer Engel (göy mələk)“ ekoloji etiketini daşıyırlar. MAN Lion's City model seriyasının bütün avtobusları icazə verilən səs-küy səviyyəsinin müəyyən hədlərinə riayət edir, eləcədə avtomobilin dizel mühərriki, CNG mexanizmi və ya hibrid texnologiyası ilə işləməsindən asılı olmayaraq yaşayış yerləri üçün güclü qaz və narın toz dəyərlərinə əməl edir. Beləliklə gündəlik istifadə zamanı ətraf mühitə uyğunluq və maksimal səmərəliliyi təmin etmək üçün ‒ MAN inkişaf etmiş, davamlı və CO2-səmərəli texnologiyaların tam spektrini təqdim edir.

Bütün MAN Lion's City avtobusları ən müasir MAN dizel filtrlərinə malikdir. MAN filtr texnologiyası uzun müddətli mübadilə intervalına zəmanət verir və heç bir yenilənmə tələb etmir. Bununla da mühərrikin yüksək sürətində belə dizel parçacıqlı filtirin yenilənməsi üçün şərait yaradılır. Bu zərərli maddə və səs-küy səviyyəsini eləcədə yanacaq istehlakını azaldır. Yüksək vasitə istifadəsi sayəsində durğunluq minimuma endirilir və xərclərə qənaət edilir.

İqtisadi cəhətdən səmərəli

MAN Lion's City avtobusları effektivlik və səmərəlilik baxımından da yeni standartlar müəyyən edir. Artan sərnişin tutumu və aşağı yanacaq istehlakı sayəsində avtobus daha səmərəli çalışır. Texniki baxım sahəsindəki hərtərəfli təkmilləşdirilmə Life-Cycle-Costs (həyat dövrü xərclərini) (LCC) əhəmiyyətli dərəcədə azaldır. Beləliklə MAN Lion's City avtobuslarının xidmət müddəti əhəmiyyətli dərəcədə qısaldılmış, təmir xərcləri azalmış və təmir intervalları uzadılmışdır.

Fiber kompozitindən hazırlanmış, seqmentləşdirilmiş yan panellər MAN Lion’s City avtobuslarının* iqtisadi cəhətdən səmərəliliyinə mühüm töhvələr verir. Seqmentlər asanlıqla əvəz edilə bilir, bundan əlavə xüsusi möhkəm materiallı və ağırlıqa qarşı dayanıqlıdırlar. Bu isə təmir xərclərini və yanacaq istehlakını azaldır.

Şəhər avtobuslarının təmir intervalı faktiki istifadə və nəqliyyat vasitələrinin köhnəlməsi üzərinə qurulmuşdur ki, MAN Təmir Məlumatları Kalkulyatoru sayəsində** bu barədə məlumat əldə edə biləcəksiniz. MAN Lion's City hər zaman istifadə üçün hazırdır.

*Lion's City LE üçün mövcud deyil
**Lion's City Hybrid və VDV cihazları olan nəqliyyat vasitələri üçün mövcud deyil

Çevik

Lion's City şəhər avtobuslarının müxtəlif çeşidli alçaq zəmin proqramları ilə MAN hər bir tətbiq sahəsi üçün düzgün model təklif edir: 10,50 m ölçülü Lion's City M avtobus modeli 18 metrlik bir dönmə radiusuyla xüsusilə sıx şəhərlər üçün idealdır. Klassik, alçaq zəminli, tək gövdəli MAN Lion's City modelimizdə, üfüqi vəziyyətə quraşdırılan MAN D20 Common Rail mühərriki istifadə olunur. Bundan əlavə MAN standart ikibölməli Lion's City G və Lion's City GL avtobuslarını təklif edir. 18,75 metrlik təəccüblü uzunluğu ilə Lion's City GL modeli asanlıqla 160 nəfərdən artıq sərnişin daşıyır.

Iki ədəd üç oxlu şəhər avtobusu ‒ 14,70 m uzunluğundakı MAN Lion's City L və bir metr daha qısa olan Lion's City C sərnişinlər üçün daha çox yer və nəqliyyat vasitəsinin uzunluğuna görə daha yaxşı bir manevr təklif edir. Hər iki avtobus aktiv olaraq idarə olunan üçüncü bir oxa malikdir.

Rahat

Alçaq zəminli avtobus seriyasının bütün modelləri yüksək keyfiyyətli və səmimi atmosferli geniş otaq konsepsiyası ilə heyranlıq yaradır: Ergonomik oturacaqlar ayaqlar üçün kifayət qədər yer təmin edir və yeni şüşə lyuklar interyeri xoş bir şəkildə işıqlandırır; İkibölməli avtobus modellərində yarımşəffaf körüklər parlaqlığı daha da artırır. Xoş LED işıqlandırması gecə real mühit hissi yaradır.

Mükəmməl uyğunlaşma

MAN Lion's City şəhər avtobusları müntəzəm nəqliyyat üçün xüsusi hazırlanmış vasitələr təklif edir:

  • MAN Lion's City (Tək bölməli avtobus)
    Üç qapalı avtobuslar sərnişinlərin sürətli və problemsiz minib düşməsini təmin etmək üçün xüsusi, enerji qənaətli mühərriklə təchiz olunmuşdur.

  • MAN Lion's City (Avtobus variantları)
    Bu avtobus növlərinin gücü, onların günün hər saatı üçün çevik olmasındadır: Sıxlıq vaxtlarında əlavə yer tutumu tez və asanlıqla əlavə olunur.

  • MAN Lion's City GL
    Dörd və ya beş qapılı iki bölməli avtobus və optimallaşdırılmış məkan konsepsiyası ilə hədəfə daha çox sərnişin çatdırılır.

  • MAN Lion's City GL LE
    Low-Entry iki bölməli avtobusu xüsusi yüksək oturacaq təklifi ilə birlikdə, Low-Entry avtobusunun bütün müsbət cəhətlərini də özündə cəmləyir.
    Low-Entry-avtobusları

  • MAN Lion's City Ü
    Xüsusi olaraq şəhərlərarası səyahət üçün nəzərdə tutulmuş alçaq zəminli avtobus 44 sərnişini rahat oturacaqla təmin edir.
    MAN Lion's City Ü

Xidmətlər

Xidmətlər

Ən yaxşı xidmət yaxşını daha yaxşı edir. Burada MAN-nın xidməti təklifləri haqqında daha ətraflı məlumat əldə edin.

MAN Service veb səhifəsini ziyarət edin

Yükləmə

MAN Lion's City kitapçaları

Fayl növü PDF
Fayl ölçüsü 4 MB
Yüklə

MAN Lion's City GL kitapçaları

Fayl növü PDF
Fayl ölçüsü 788 kB
Yüklə

MAN Lion's City Effizienz kitapçaları

Fayl növü PDF
Fayl ölçüsü 6 MB
Yüklə

Biz sizin üçün buradayıq

Əlaqə vasitəsi
Əlaqə vasitəsi

MAN xidmətləri haqqında sualınız var? Bizimlə əlaqə saxlayın. Sizə məsləhət verməkdən məmnun olarıq.

Bizimlə əlaqə saxlayın
Yaxınlığınızdakı MAN bazasını tapın
Yaxınlığınızdakı MAN bazasını tapın

Seminar və diler axtarışı ilə ərazinizdəki müvafiq MAN əlaqəçisini tapa bilərsiz.

Yaxınlığınızdakı MAN bazası