Səmərəlilik yenidən təyin olunur – Yeni MAN Lion’s City

Yeni MAN Lion’s City səmərəliliyi yenidən təyin edir

Ən müasir işıqlandırma texnologiyası

Tam LED ön və arxa lampalar yalnız müasir dizaynda yanmaqla yanaşı, ictimai nəqliyyatda təhlükəsizliyi artırır, enerji istehlakını və əməliyyat xərclərini azaldır.

Mükəmməliyi sən kəşf et

Yeni təkmilləşdirilmiş qapı sistemi sınaqdan keçirilmiş və təsdiqlənmiş komponentlər sayəsində olduqca etibarlıdır və texniki baxış üçün asandır. Qapılar pnevmatik və ya elektrohidravlik çölə sürüşmə kimi və içəri sürüşmə və ya sürüşmə qapılar şəklində seçimə təqdim olunur.

Seqmentləşdirilmiş yan divarlar

Yeni MAN Lion’s City modelinin yan divarları görünüş olaraq şüşə- və plastik səthlərə bölünür. Üç fərqli seqment – sürücü pəncərələri, sərnişin pəncərələri, şüşə və plastik hissələri olan yan divarlar – pəncərələrə müasir görünüş verir və panel sistemi sayəsində zədələndiyi halda asanlıqla əvəz edilə bilər.

Mükəmməl mühərrik konsepsiyası

9 litr tutumlu D15 mühərrikinin mükəmməl mühərrik həcmi və 280-360 AG-ə malik mühərrik çəkim gücü var. Konsepsiya sadədir, lakin çox perespektivdir: bütün sərnişin avtobusları üçün mühərrik variantı və tullantı qazlarının emalı sistemi.

Yeni döşəmə dizaynı

Yeni MAN Lion’s City modelinin sərnişin bölməsinin döşəməsində heç bir görünən qaynaq yeri yoxdur. Qaynaq yerləri döşəmənin alt hissəsində keçid hissəsindədir. Bu, döşəməyə daha az nəm nüfuz etdiyindən onu daha davamlı edir. Bununla yanaşı, nəticədə yüksək keyfiyyətli görünüşə malik, hamar və asanlıqla təmizlənə bilən döşəmə səthi əldə olunur.

İnnovativ konstruksiya quruluşu

Konstruksiyanın yeni konsepsiyası çəki azaldılmasını mümkün edir: Yeni Lion’s City qatlı quruluşu və alüminium tavan örtüyü, eləcə də möhkəm polad və alüminium yan divarları sayəsində sələfindən daha yüngüldür.

Mükəmməl qatlanma sistemi

Optimallaşdırılmış qatlanma konsepsiyası texniki baxışı və diaqnostika işlərini asanlaşdırır. Yeni MAN Lion’s City modelində yan klapanlardan batareya örtüyünə qədər olan bütün klapanlara asanlıqla iradə olunandır.

Enerijinin ağıllı idarə olunması və aşağı istismar xərcləri (LCC)

Mükəmməl səmərəli- yeni MAN Lion’s City ilə. Tamamilə yenidən təkmilləşdirilmiş MAN Lion’s City sərnişin avtobusu yalnızca yeni görünüşə malik deyil, həmçinin də səmərəlilik, mühərrik idarəçiliyi, sürücü kabinəsi və təhlükəsizlik baxımından bir yenilikdir. Burada hər şey yenidən düşünülmüş və mükəmməl bir şəkildə vəhdət içərisindədir. Bununla o müasir sərnişin nəqliyyatının tələblərinə mükəmməl şəkildə uyğunlaşır və müasir şəhərləri daha yaşamağa dəyər edir.

Mükəmməl səmərəlilik üçün yeniliklər

Bir çox üstünlükləri olan yeni karkas quruluşu.

Qatlı quruluşu sayəsində yeni MAN Lion’s City modelinin çəkisi sələfi ilə müqayisədə təxminən 500 kq azaldılmışdır. Optimallaşdırılmış əlçatanlığı sayəsində təmir işləri də asanlaşmışdır.

İki dəfə artıq xeyir verən çəki azaldılması.

Bu çəki azaldılması yanacaq istehlakını azaldır və bununla siz istismar yükünü artıra bilərsiniz. İstifadə rahatlığı texniki baxış müddətini azaldır.

Yeni D15 mühərrik nəsli.

Yeni D15 mühərriki balanslaşdırılmış dizaynı ilə daha yüngüldür və MAN EfficientHybridli Başlat-Dayandır sistemi sayəsində sələfinə nisbətdə enerji cəhətdən daha səmərəlidir.

İstismarda daha səmərəli.

Beləliklə sizin yanacaq sərfiyyatınız azalacaq və çəki azalması sərnişin tutumunuzu artıracaqdır.

Yeni dizayn yeni imkanlar gətirir.

Optik olaraq şüşə və panel səthlərə ayrılmış yan divarlar yeni MAN Lion’s City modelini daha geniş və müasir görünüşlü edir və texniki baxışı asanlaşdırır. Üç fərqli seqmentə, sürücü pəncərələrinə, sərnişin pəncərələrinə, şüşə və plastik sahələri olan yan divarlara bölünür.

Asan təmir sayəsində aşağı TCO.

Plug-in sistemi, yan divarlar zədələndiyi halda onları tez bir zamanda dəyişməyə imkan yaradır. Kiçik seqmentlər boyama müddətini və emalatxanaya ehtiyacını minimuma endirir və onlar çox rahat bir şəkildə ehtiyat hissələri ilə əvəz oluna bilirlər. Bu zaman siz zamana qəanat edir və istisamar xərclərini azaldır (LCC).

Optimallaşdırılmış qatlanma konsepsiyası.

Yeni MAN Lion’s City modelinin optimallaşdırılmış qatlanma konsepsiyası komponentlərin əlçatanlığını yaxşılaşdırır və texniki baxış və diaqnostika işlərini asanlaşdırır.

Mükəmməl qatlanır.

İndi sağda deyil, solda quraşdırılmış qatlanacaqlar, optik koordinasiya və çıxış imkanlarını artırır. Bununla, siz xidmət zamanına və xərclərinizə qənaət edirsiniz. Böyük hava soyuducu bölməsi cüzi çirklənməyə səbəb olur, radiatorun işləmə müddətini və yanacaq istehlakını azaldır.

Ən müasir işıq texnologiyası.

Tam-LED-faralar və arxa lampalar xarakteristik MAN dizaynına malikdir, yol hərəkəti təhlükəsizliyinə böyük töhfə verir və texniki xərcləri azaldır.

Daha parlaq və etibarlı işıqlandırır.

Cüzi enerji istifadəsi sayəsində yanacağa qənaət edilir. Müqayisə üçün: Hər iki LED faranın aşağı və uzaq məsafə işıqları təxminən 120 Vatt enerji sərfiyyatına malikdir, halogen faralarda isə bu 2,5 dəfə çox-təxminən 300 Vatta bərabərdir. Buna əlavə olaraq, istehsal olunan işıq səthləri lampa ilə müqayisədə daha böyükdür və təhlükəsizliyi artırır. Bundan başqa ortalama 10 000 iş saatına qədər olan xidmət müddəti xərcləri də azaldır.

Yeni təkmilləşdirilmiş qapı sistemi.

Yeni təkmilləşdirilmiş qapı sistemi yüksək texniki təhlükəsizlik təklif edir və keyfiyyəti artırır. Qapı sistemləri müxtəlif ötürmə- və açılma variantlarında mövcuddur.

Texniki cəhətdən təhlükəsiz və asan təmir olunan.

Möhkəm, geniş, aşınmaya davamlı və təmirə ehtiyacı olmayan komponentləri ilə əlaqədar olaraq yeni qapı sistemi texniki cəhətdən son dərəcə təhlükəsiz və asan təmir olunan hesab olunur. Qapılar möhkəm komponentləri vasitəsi ilə vandalizmə qarşı yüksək təhlükəsizlik təklif edir. Bu istismar xərclərinin azalmasına səbəb olur.

Korroziyadan yüksək keyfiyyətli mühafizə.

Sərnişin bölməsinin döşəməsində heç bir görünən qaynaq yeri yoxdur. Döşəmənin alt hissəsindəki qaynaq nəmişliyi azaldır və döşəməni korroziyaya qarşı davamlı edir. Hamar və asan təmizlənən döşəmə səthləri MAN Lion’s City modelində yüksək keyfiyyətli görünüş yaradır.

Görünməz qaynaq yerləri vasitəsi ilə.

Qaynaq, keçid sahəsindəki döşəmənin alt hissəsində soyuq-qaynaq vasitəsi ilə həyata keçirilir. Çətin təmizlənən künclər artıq keçmişdə qalmışdır və döşəmə təmizlənməsi daha effektiv və səmərəlidir.

Yeni MAN Lion’s City modelinin ötürücüsü

Yeni MAN Lion’s City modeli yeni D15 mühərriki ilə təchiz edimişdir. Bu, özünün aydın konseptini müəyyənləşdirir: bütün sərnişin avtobusları üçün mühərrik variantı, eləcə də tullantı qazların emalı sistemi.

Yeni MAN Lion’s City modelində səmərəli D15 mühərriki

280.-360AG

Hər bir istifadə üçün mükəmməldir.

280 AG-dən 360 AG-dək olan 9 litrli mühərrik ideal mühərrik ölçüsüdür. Xüsusilə çəki və ölçü, həmçinin performans və yanacaq istehlakı arasında olan mükəmməl balans MAN D15-i hər cür şəhər nəqliyyatı tələbləri üçün ideal edir.

Başlat-Dayandır-Avtomatik sistemli MAN EfficientHybrid sayəsində enerjinin ağıllı idarə olunması

Effektiv Başlama-Dayandırma-Əməliyyat

Əlavə qurğu olan MAN EfficientHybrid ilə yeni MAN Lion’s City modelində ağıllı enerji idarəetmə sistemi tətbiq olunur. Əsas komponent mühərriklə ötürücü mexanizm arasında quraşdırılmış güclü və aşınmaya davamlı elektrik mühərrikidir. Mufta və ya əyləc zamanı dirsəkli valın işəsalma generatoru generator (İşıq maşını) və əksinə olaraq Starter (Starter) kimi fəaliyyət göstərir. Bununla siz, əlavə yanacaq sərfiyyatına qənaət edəcək və sürücü və sərnişinlər üçün sürüş rahatlığını artıracaqsınız.

Videonu izlə

Mühərrik D1556
Tullantı qazı norması Euro 6d
Silindrlərin sayı/Yerləşmə/Silindr başı klapan 6/sıra/4
İş həcmi (l)/Atış (mm)/Deşik (mm)/sıxılma koefisentliyi 9/145/115/21:1
Çiləmə sistemi Common Rail
Nominal güc (kVatt/AG)
Daxili mühərrik adı
206/280
LOH12
243/330
LOH11
265/360
LOH10
Nominal-fırlanma sayı (1/dəq) 1 800 1 800 1 800
Maksimal fırlatma momenti (Nm) 1 200 1 400 1 600
Fırlanma sayı zamanı (1/dəq) 800-1 600 900-1 600 900-1 550
Minimal muxta gedişi sürəti (1/dəq) 550 550 550
Mühərrik çəkisi (kq) 1) təx. 900 təx. 900 təx. 900
Yağ süzgəcli/yağ süzgəcsiz yağ doldurulması səviyyəsi (l) 39/40,5 39/40,5 39/40,5
Yağ dəyişmə intervalı/Texniki baxış intervalı DPF (km) 2, 3) 80 000/750 000-dək 80 000/750 000-dək 80 000/750 000-dək
Çiləmə təzyiqi/Alışma təzyiqi (bar) 2 500/230-dək 2 500/230-dək 2 500/230-dək
Soyuq işə salma (°C) 32-dək 32-dək 32-dək
  1. MAN Truck & Bus-da mühərrikin çəkisi quru vəziyyətdə müəyyən edilir.
  2. Yalnız M 3677 spesifikasiyasına uyğun mühərrik yağı ilə.
  3. Texniki baxış intervalı hesablaması sayəsində maksimal yağ dəyişmə intervalı olan istismar müddətində hətta dizel hissəciklərinin filtrinin təmizlənmə intervalı da daha uzun ola bilər.
Ötürücü mexanizm

Böyük ötürücü seçimi

Yeni MAN Lion’s City modelində Voith və ZF-dən iki avtomatik transmissiya istifadəyə təqdim olunur.

  • Voith DIWA 6, 367-388 kq ağırlığında 4 gedişli avtomatik sürət qutusudur.
  • Avtomatik transmissiya ZF EcoLife Step 3 379 kiloqram ağırlığında 6 gedişi var. Sizin MAN Lion’s City modelində hansı ötürücü mexanizmi seçməyinizdən asılı olmayaraq, o həmişə lazımi texniki xüsusiyyətlərə sahib olacaqdır.

Xüsusi quruluşu sayəsində daha az çəkiyə malikdir

Xüsusi konstruksiyası sayəsində daha az çəkiyə malikdir

Konsruksiyanın qatlı quruluşu yeni MAN Lion’s City modelini daha yüngül edir. Aluminium tavan modulları, eləcə də möhkəm polad və alüminium çərçivələri sayəsində onun çəkisi sələfi ilə müqayisədə təxminən 500 kiloqram azaldılmışdır.

Bu çəkinin azaldılması yanacağa qənaət etməyə və onun istisamar yükünün artmasına kömək edir. Modulların asan idarə edilməsi, texniki baxış müddətini azaldır.

Mükəmməl effektivlik

MAN-ın sərfəli sərnişin avtobusları nəsli istehlak və xərclərin qənaətini təmin edir

Yeni MAN Lion’s City MAN-ın ən səmərəli sərnişin avtobusu nəslidir. Bu, yalnız MAN EfficientHybridli yeni D15 mühərrikin və ya tam qənaətcil LED lampaları kimi çoxsaylı texniki yeniliklərin sayəsində olmur.

Müasir materialları və asan təmir olunan hissələri ilə daha da təkmilləşdirilmiş dizayn üslubu da yeni MAN Lion’s City modelində səmərəliliyin artırılmasında öz rolunu oynayır və nəticədə istismar xərclərinin qənaətinə kömək edir.


Biz sizin üçün buradayıq

Əlaqə vasitəsi
Əlaqə vasitəsi

MAN xidmətləri haqqında sualınız var? Bizimlə əlaqə saxlayın. Sizə məsləhət verməkdən məmnun olarıq.

Bizimlə əlaqə saxlayın
Yaxınlığınızdakı MAN bazasını tapın
Yaxınlığınızdakı MAN bazasını tapın

Seminar və diler axtarışı ilə ərazinizdəki müvafiq MAN əlaqəçisini tapa bilərsiz.

Yaxınlığınızdakı MAN bazası