Yeni MAN Lion's City.

Mükəmməl sərnişin avtobusu: Yeni MAN Lion's City

Mükəmməl sərnişin avtobusu.

Hər tərəfli cəlbedici və maksimal səmərəli.

Yeni MAN Lion's City, müştərilərimizlə birgə əl-ələ təkmilləşdirilmişdir və xaricindəki kimi içərisindəki çox sayda yenilikləri sayəsində son dərəcə səmərəli və cəlbedicidir: Tamamilə yenidən təkmilləşdirilmiş sərnişin avtobusu yalnız yeni görünüş deyil, həmçinin səmərəlilik, mühərrik, sürücü kabinəsi və təhlükəsizlik baxımından yenilənmişdir.

Yeni MAN Lion's City üçün yeni dörd heyrətləndirici arqument

Mükəmməl hərəkət cədvəli

Daha az xərc – daha çox heyranlıq! – daha çox rahatlıq

Səmərəli və qənaətbəxş

Səmərəlilik

Yeni MAN Lion's City xaricindəki kimi içərisindəki çox sayda yenilikləri sayəsində son dərəcə səmərəli və cəlbedicidir.

Ətraflı məlumat

Texniki yeniliklər yeni MAN Lion's City modelini ərsəyə gətirir

Texnologiya

İçi də, çölü də gözəl! Yeni MAN Lion's City çoxsaylı texniki yeniliklərlə zəngindir.

Ətraflı məlumat

Sürücü və sərnişinlər üçün erqonomik və rahat

Səyahət rahatlığı

Səyahət rahatlığına gəldikdə isə yeni MAN Lion's City geriyə arzu olunacaq bir şey saxlamır. Ergonomik sürücü kabinəsi və geniş sərnişin bölməsi isə xoş və rahat səyahət təcrübəsini təmin edir.

Ətraflı məlumat

Müasir dizayn və parlaq görünüş

Dizayn

Yeni MAN Lion's City modelini şəhərin küçələrində gözdən qaçırtmaq olmaz. Müasir və diqqətə layiq dizayn stili onu doğurdan gözalıcı edir.

Ətraflı məlumat

MAN Lion’s City üçün MAN EfficientHybrid sistemi

MAN EfficientHybrid

Sərnişin daşıması nəqliyyatında səmərəlilik gücləndirici: MAN EfficientHybrid ilə MAN Lion’s City üç dəfə qənaət edir: Yanacaq sərfiyyatında, çirkləndirici tullantı qazlarında və səs-küy baxımından.

Ətraflı məlumat

Mükəmməl yeniliklər

Yeni nəsil texniki yeniliklər və müasir dizayn stili ilə zəngindir.

Yeni MAN Lion's City sərnişin avtobusunun konstruksiyası

Dəmir konstruksiya

Onun konstruksiyasının yeni konsepsiyası sayəsində yeni MAN Lion's City öz sələfinə nisbətdə əhəmiyyətli dərəcədə daha yüngüldür. Konstruksiyanın qatlı quruluşu, alüminium dam örtüyü və poladdan və alüminiumdan hazırlanan yan divarları bunu mümkün edir.

Bölünmüş yan divarları ilə yeni MAN Lion's City sərnişin avtobusu

Yan divarlar

Yeni MAN Lion's City sərnişin avtobusunun yan divar konsepsiyasında şüşə və döşəmə üzlüklər üstünlük təşkil edir. Süşələr üç müxtəlif seqment – sürücü pəncərələri, sərnişin pəncərələri və yan divarlar olaraq yenilənmişdir və təmir işləri çox asandır.

Yeni LED işıq lampalı MAN Lion's City sərnişin avtobusu

LED işıq lampaları

Tam LED işıq lampaları yalnızca yaxşı görünmür. Onlar həmçinin ictimai nəqliyyatda daha çox təhlükəsizliyə şərait yaradır, 10000 saata qədər fəaliyyət göstərir, eyni zamanda aşağı enerji sərfiyyatına malikdir.

Yeni MAN Lion's City sərnişin avtobusunda xüsusi təkmilləşdirilmiş qapı sistemi

Qapı sistemi

Yeni MAN Lion's City modelində qapı sistemi MAN tərəfindən xüsusi olaraq təkmilləşdirilmişdir. Hissələr çoxsaylı tədqiqatlardan və sınaqlardan keçirilmiş və beləliklə onlar onun normadan artıq etibarlı və asan təmir olunduğunu sübut etmişlər.

Müştərilər ilə birgə təkmilləşdirilmişdir: Yeni MAN Lion's City sərnişin avtobusunda yeni sürücü kabinəsi

Sürücü kabinəsi

Tam yeni sürücü kabinəsinin hazırlanması bizim yeni MAN Lion's City modelini müştərilərlə birgə hazırladığımızı göstərir.

Daha geniş diz məsafəsi boşluğu, oturacaq sahəsinin yenidən işlənməsi və bir sıra erqonomik dəyişikliklər yeni Lion's City modelini ictimai nəqliyyat üçün mükəmməl iş yerinə çevirir.

Yeni MAN sərnişin avtobusunda təkmilləşdirilmiş oturacaqlar və tutacaqlar

Oturacaqlar və tutacaqlar

Yeni MAN Lion's City modelinində oturacaqlar və tutacaqlar köklü şəkildə yenilənmişdir. Oturacaqlar geniş döşəkcə və üzlük seçimi təklif edir və oturacaqlar tənzimləmə, texniki baxış və təmizləmə zamanı qatlanan və hərəkət oluna biləndir.

Tutacaqlar da həmçinin sərnişin bölməsinə mükəmməl şəkildə uyğundur və material seçimi, erqonomika və quraşdırılma baxımından təkmilləşdirilmişdir.

Sərnişin bölməsində təhlükəsizlik və yaxşı əhval-ruhiyyə təmin edir: tündləşdirilə bilən, birbaşa düşməyən LED-ətraf işıqlandırması

LED-ətraf işıqlandırması

Sərnişin bölməsindəki birbaşa düşməyən LED işıqlandırması tavanı tamamilə işıqlandırır, tündləşdirilə bilir və təbiətdəki kimi yuxarıdan düşür. Bu sərnişinlərdə təhlükəsizlik və yaxşı əhval ruhiyyə hissi yaradır.

Yeni MAN Lion's City modelində D15 mühərriki

Yeni D15 mühərriki

Yeni MAN Lion's City modelində mühərrik sistemi çox sadədir, lakin eyni zamanda çox ümidvericidir: Bütün sərnişin avtobusları və tullantı qazların emalı sistemi üçün mühərrik variantları. 9 litr tutumlu D15 mühərrikinin mükəmməl mühərrik həcmi və 280-360 at gücünə malik mühərrik çəkim gücü var.

Ağıllı enerji idarəetmə sistemi: MAN EfficientHybrid Başlat-Dayandır-Avtomatik

MAN EfficientHybrid
(Başlat-Dayandır-Avtomatik)

Əlavə qurğu olan MAN EfficientHybrid ağıllı enerji idarəetmə sistemidir:
Güclü və yeyilməyə davamlı elektro-motor, mühərrik və transmissiya qutusunun arasında yerləşir.

Yavaşlama və ya əyləc zamanı dirsəkvari valın işə salma generatoru işləyir və bununla da effektivliyini və sürüş rahatlığını artırır.

Yeni MAN Lion's City sərnişin avtobusunda fərdi asqı mexanizmi sayəsində sərbəst təkər hərəkətləri

Fərdi asqı mexanizmi

MAN-ın ilk sərnişin avtobusu olaraq yeni MAN Lion's City, avtomobilin hər tərəfində, demək olar ki, sərbəst təkər hərəkətlərinə imkan yaradan fərdi asqı mexanizminə malikdir və beləliklə onun optimal çevikliyi təmin olunur.

MAN sərnişin avtobusunda elektron idarə olunan hava təmizlənməsi sistemi

Hava idarəetmə sistemi

Digər bir yenilik isə təzyiqli hava sisteminin daha səmərəli fəaliyyətini təmin edən elektron idarə olunan hava təmizlənməsi sistemidir. Hava idarəetmə sistemi bütün təzyiqli hava istehlakçılarına təmizlənmiş və qurudulmuş havanı səmərəli şəkildə təmin etməyə imkan verir.


Bir baxışla yeni modellər

MAN Lion's City 18

Lion's City 18

Uzunluq: 18,0 Metr
Oturacaqlar: 49
Mühərrik: D1556 LOH Euro 6

Texniki məlumat vərəqəsi
MAN Lion's City 12

Lion's City 12

Uzunluq: 12,0 Metr
Oturacaqlar: 37
Mühərrik: D1556 LOH Euro 6

Texniki məlumat vərəqəsi
2017-ci ilədək mövcud olan MAN Lion's City

Sınaqdan keçirilmiş MAN Lion's City

Özünün etibarlı bir sələfi olmadan, yeni Lion's City olmayacaqdı.

Sınaqdan keçirilmiş MAN Lion's City modeli haqqında bütün məlumatlar


Xidmətlər

MAN Xidməti

Çünki Service-i daha yaxşı xidmətə çevirir. Burada MAN-dan Service Təklifləri ilə tanış ola bilersiniz.

Daha çox məlumat üçün

City Skyline

Yükləmə

Yeni MAN Lion's City modeli üçün broşüralar

Fayl növü PDF
Fayl ölçüsü 5 MB
Yüklə

Biz sizin üçün buradayıq

Əlaqə vasitəsi
Əlaqə vasitəsi

MAN xidmətləri haqqında sualınız var? Bizimlə əlaqə saxlayın. Sizə məsləhət verməkdən məmnun olarıq.

Bizimlə əlaqə saxlayın
Yaxınlığınızdakı MAN bazasını tapın
Yaxınlığınızdakı MAN bazasını tapın

Seminar və diler axtarışı ilə ərazinizdəki müvafiq MAN əlaqəçisini tapa bilərsiz.

Yaxınlığınızdakı MAN bazası