İş konsepti
Burada istismar rahatlığı çox vacibdir. Yeni Lion’s City modelində idarəetmə paneli erqonomik olaraq yeni funksiyalarla optimallaşdırılmışdır. İdarəetmə elemetləri indi üç zonaya bölünmüşdür və istifadə tezliyinə görə düzülmüşdür.
Sürücü oturacağı
Bu doğru erqonomikadan irəli gəlir: Sürücü oturacağı üfüqi şəkildə tənzimlənə bilir və daha geniş oturacaq sahəsi və dərinliyi kabinədə rahat ayaq boşluğu təmin edir. Baş qoruyucuları böyük bir görünüş sahəsinə şərait yaradır və beləliklə, siz həmişə hər şeyi mükəmməl bir şəkildə görürsünüz.
Sürücü platforması
Yeni MAN Lion’s City modelində sürücünün kabinəsi bir öncəkindən 110 mm yüksəkdə yerləşdirilmişdir, indi o 330 mm yüksəkliyə malikdir. Daban yeri ISO 16121 1:2005-ə uyğun olaraq müəyyən edilmişdir.
Rəf konsepsiyası
Yeni Lion’s City modelində rəf seçimlərinin konfiqurasiyası yeniləndi: İçki, açar və telefon üçün rəfi olan yan fasad, sürücü qapısında sürücü cibi sahəsi, qəzet və vərəq cibi gündəlik iş rejimini asanlaşdırır.