Baxım və Hissələr

MAN ecoline orijinal hissələri

İkinci əl, ilkin seçim: MAN ecoline orijinal hissələri

MAN ecoline orijinal hissələri ilə qənaət edin və eyni zamanda ətraf mühiti qoruyun!

MAN ecoline orijinal ehtiyat hissələri MAN avtomobillərində artıq istifadə olunmuş və MAN tərəfindən, ilkin istehsalçı (OES) və ya xarici kontraktor tərəfindən orijinal ehtiyat hissələri üzrə standartlara tam riayət olunmaqla yenidən hazırlanmışdır.

Buraya daxildir

  • əsaslı təmizləmə
  • dəqiq yoxlama
  • etibarlı emal, eləcə də
  • bütün paslanmış hissələrin dəyişdirilməsi.

Bu intensiv hazırlanma nəticəsində MAN ecoline orijinal ehtiyat hissələrinin keyfiyyəti yeni MAN orijinal hissələrinin keyfiyyətilə eynidir. Bundan əlavə, siz MAN orijinal ehtiyat hissələrində olduğu kimi eyni zəmanətdən yararlanırsınız.


MAN servis və ehtiyat hissələrinə iki il zəmanət

MAN servis və ehtiyat hissələrinə iki il zəmanət

MAN Truck & Bus AG-nin iki illik zəmanəti 20171 tarixindən etibarən quraşdırılmış MAN orijinal ehtiyat hissələri, MAN ecoline, eləcə də MAN ləavzimatları daxil olmaqla MAN-servis məntəqələrində2 həyata keçirilmiş bütün təmir işlərinə aiddir. Xidmət həcmi bu vaxtadək qüvvədə olan bir illik zəmanətlə eynidir. Əlavə məlumatı bizim ümumi kommersiya qaydalarından əldə edə bilərsiniz.

Flayeri yüklə

1 Ümumi şərtlərin etibarlılığına bax.
2 MAN-ın özünün servis müəssisələri və iştirak edən partnyorlar.


Üstünlükləriniz bir baxışda: MAN ecoline orijinal hissələri

  • avtomobilinizin uzun zaman davamlı və qənaətlə istifadəsinə imkan verir, çünki münasib təmir və texniki servis xərcləri sizin ümumi məsrəflərinizi (TCO) də azaldır. Bunlar xüsusilə ikinci və üçüncü ömrünü yaşayan MAN avtomobilləri üçün keçərlidir.
  • Siz avtomobilinizi daha tez küçəyə çıxaracaqsız, çünki ehtiyat hissəsinin dəyişdirilməsi təmir prosesindən daha az vaxt tələb edir.
  • Yüksək keyfiyyətlidirlər, çünki orijinal MAN hissələridir.
  • Orijinal ehtiyat hissəsi keyfiyyətinə malikdirlər, çünki 100 % sınaqdan keçiriliblər.
  • Etibarlıdırlar, çünki yeni MAN orijinal hissələri ilə eyni spesifikasiyaya malikdirlər və eyni zəmanətə tabedirlər.
  • Avtomobilin dəyərini qoruyub saxlayırlar – çünki avtomobil bütün ömrü boyu MAN olaraq qalır.
  • Alınma zamanı vaxta və məsrəflərə qənaət edir, çünki onlar istənilən MAN servis məntəqəsində əldə oluna bilər.
  • Hər zaman texniki cəhətdən yeni vəziyyətindədirlər.

Ekoloji və iqtisadi cəhətdən cəlb edirlər – MAN ehtiyat hissələri

MAN ecoline orijinal hissələri sizin üçün uzun zamanlı ödəməni təmin edirlər. Yeni ehtiyat hissələri hazırlamaq lazım olmadığı üçün xərclərə qənaət edilir və ətraf mühit qorunur:

  • Resurslara qənaət
  • enerjiyə qənaət
  • Daha az CO2-buraxılır


Ən yaxşı şərtlərlə ən yaxşı keyfiyyət: ecoline davamlılıq mükafatı almışdır

ecoline davamlılıq mükafatı almışdır

MAN tərəfindən ətraf mühitə faydalı olan köhnə hissələrin yenidən dəyərləndirilməsi 2015-ci ilin dekabr ayında yükdaşımalar barədə bir jurnalda davamlılıq üzrə Avropa Nəqliyyat Mükafatını alması ilə tanındı. İşlənmiş avtomobillər sahəsində mühüm və davamlı xidmətlərinə görə mükafatlandırılmışdır. Bu mükafat nəqliyyat sahəsində fəaliyyət göstərən müəssisəni uzunmüddətli ticarətdə gücləndirməli və davamlı inkişafın əsaslarını daha da möhkəmləndirməyə yardım etməlidir. Aşağıdakı faktlar sevindiricidir: ecoline hissələrinin Almaniyada satışı getdikcə artmaqdadır. Buna baxmayaraq, gündəlik olaraq emalatxanalarda bu hissələrin alternativini hazırlamaq üçün böyük potensial var. Ardıcıl olaraq ecoline portfoliosu daim genişlənir.


Bizim portfoliomuzun qısa xülasəsi:

Hamısını açHamısını bağla