Baxım və Hissələr

MAN Orijinal ehtiyat hissələri

MAN Orijinal ehtiyat hissələri hər zaman ilkin seçimdir.

MAN-a qərar verən əla keyfiyyəti seçər. Deməli ehtiyat hissələrindən söhbət gedəndə, niyə daha azına razı olasınız? MAN Orijinal ehtiyat hissələri Sizə ən yaxşı keyfiyyətlə səfər etmək zəmanəti verir. Onlar MAN direktivlərinə əsasən hazırlanıb və bizim ciddi keyfiyyət standartlarına uyğunluğu diqqətlə yoxlanıb və yüksək etibarlılığı, qənaətcilliyi ilə insanı cəlbedir. Bundan əlavə, bütün dünyada keçərli olan on iki aylıq zəmanət də var. Bu, etibar edilə bilən keyfiyyətdir.

Ehtiyat hissələrinin logistikası tam zamanında.

Zədələnmə halları zamanı işsizlik vaxtını mümkün qədər azaltmaq üçün MAN Servis məntəqələrində köhnə modellər və xüsusi avtomobillər üçün hissələr də daxil olmaqla təxminən 8000 ədəd orijinal ehtiyat hissəsi hazır saxlanır. Çatışmayan, xüsusi hissələrin 95 % MAN tərəfindən yaradılmış Avropa Logistika Mərkəzi (ELC) vasitəsilə bir gecədə emalatxanaya çatdırılır. Siz yaxşılaşdırılmış sifariş qəbul və tədarük müddətləri sayəsində optimal loqistika proseslərindən və təmirxanalarda daha qısa təmir müddətlərindən istifadə edərsiniz.

Sizin üstünlükləriniz:

  • Ən yeni texnikaya müvafiq MAN Orijinal ehtiyat hissələri
  • Son texnologiya vasitəsilə MAN keyfiyyəti
  • Bütün dünyada orijinal ehtiyat hissələrinin təmin olunması
  • Bütün MAN nəqliyyat vasitələri üçün hissələr barəsində qabaqcadan məsləhətçilik xidməti – hətta daha köhnə modellər və xüsusi avtomobillər üçün.
  • Avropa Loqistika Mərkəzi üzərindən bir gecədə hissə tədarükü


MAN servis və ehtiyat hissələrinə iki il zəmanət

MAN servis və ehtiyat hissələrinə iki il zəmanət

MAN Truck & Bus AG-nin iki illik zəmanəti 20171 tarixindən etibarən quraşdırılmış MAN orijinal ehtiyat hissələri, MAN ecoline, eləcə də MAN ləavzimatları daxil olmaqla MAN-servis məntəqələrində2 həyata keçirilmiş bütün təmir işlərinə aiddir. Xidmət həcmi bu vaxtadək qüvvədə olan bir illik zəmanətlə eynidir. Əlavə məlumatı bizim ümumi kommersiya qaydalarından əldə edə bilərsiniz.

Flayeri yüklə

1 Ümumi şərtlərin etibarlılığına bax.
2 MAN-ın özünün servis müəssisələri və iştirak edən partnyorlar.