Baxım və Hissələr

Bus TopService

Xidmətin üstün olanına BusTopService deyilir.

BusTopService, premium avtobuslarımız üçün premium xidmətin adıdır. Müştərimiz olaraq xidmət mərkəzlərimizdəki avtobus zolaqlarında sizə hərəkət üstünlüyü verilir, siz mütəxəssis avtobus ekspertləri tərəfindən qarşılanırsınız və sizə hər avtobus problemi üçün səriştəli bir təklif verilir. Bu xidmət portfeli sizin dəstəyiniz üçün çoxsaylı faydalı xidmətlərlə təkmilləşdirilir. Xidmətlərin spektri, avtobusunuzun götürülməsi və gətirilməsindən, sərnişinlərinizə qeyri-ixtiyari bir səyahət fasiləsində müşayətə qədər uzanır.

Bütün yollarda əla yoldaşlıq

BusTopService, hərtərəfli xidmət profili ilə Avropada 1500-dən artıq bazadan təşkil olunan sıx xidmət şəbəkəmizi tamamlayır. Səyahətinizin hədəfi hara olursa olsun, standart servis və təmirlərinin aparıla biləcəyi bir xidmət bazası həmişə yaxındır. Bunların arasında təqribən 500 avtobus bazalarında daha böyük təmirlər üçün mütəxəssis yardımı tapa bilərsiniz. Ən böyük servis və mütəxəssislik dərəcəsinə malik servislər kimi altı ölkədə 48 servisə BusTopService sertifikatı verilmişdir. Gələn illərdə tədricən daha çox BusTopService bazaları sizin üçün quraşdırılacaqdır.

Bütün avtobus modelləri və yaş qruplarına əhatəli servis

BusTopService, ehtiyaclarınıza cavab vermək və problemlərinizi həll etmək üçün mükəmməl hazırlanıb. Təcrübə və xidmətlərdən təşkil olunan servis portfelimizlə biz bütün MAN avtobus modelləri və yaş qruplarına görə premium servis və təmir xidməti təklif edirik. Əlbəttə ki, mexaniki və elektrik/elektron təmirlərilə yanaşı şassi işləri, şüşə təmirləri, konservasiya, daxili/xarici təmizlik, şin montajı və kondisioner servisi xidmətlərimizin arasında mövcuddur. Heç nə standart deyil: BusTopService xidmətimiz interyerde yerləşən bütün avadanlıqlarla da maraqlanır, eləcə də bort mətbəxi və informasiya-əyləncə sistemi ilə də.

Müstəqil avtobus zolaqlarında: mütəxəssislərinin xidməti

BusTopService-ə gəldiyinizdə, xüsusi eksklusiv avtobus zolağı avtomobilinizi gözləyir. Avtomobilinizlə ən azı iki yüksək ixtisaslı avtobus mütəxəssisi maraqlanar. Onlar iki illik əlavə avtobus təhsili qurtarmışlar və MAN avtobusunuzu ən kiçik detalına qədər tanıyırlar. Bunlar davamlı təlimlər alan, yüksək keyfiyyətli servis komandası tərəfindən dəstəklənir. Bu xidmət mütəxəssisləri avtobusunuzu professional şəkildə təmir etmək üçün ən müasir alət və diaqnostik vasitələrdən istifadə edir. Optimal ölçü dəqiqliyi, funksionallıq və keyfiyyəti təmin etmək üçün yalnız orijinal hissələrdən istifadə edirlər. Səmərəli hissələri idarəetmesi sayəsində tez-tez istifadə olunan hissələr həmişə anbarda hazır olur. Xüsusi hallarda, tələb olunan ehtiyat hissəsi 24 saat ərzində tədarük edilir.

Sizi rahat etdirən bir servis.

Servisdə vaxt təyin edilməsi həmişə bir az səy etmək deməkdir: Avtobusun gətirilməsi, sürücünün qayıtması, avtomobilin servisdən götürülməsi kimi. Götürmə və gətirmə xidmətimizlə bu daha rahatdır: avtobusunuzu birbaşa sizdən götürür və işlər qurtardıqdan sonra sizə geri gətiririk. Əlbəttə, bu xidmət sürücünü də əhatə edir, misal üçün BusTopService servisdən hotelə aparılması və ya hoteldən gətirilməsi kimi.