Texnologiya və Bacarıq

Elektron əyləc sistemi

Elektron əyləc sistemi

Bir sistem - üç qat təhlükəsizlik: elektron əyləc sistemi (EBS) anti blok sistemi (ABS) və dartma nəzarət (ASR) komponentlərini əhatə edir.

Anti blok sistemi (ABS)

  • ABS sensorlar vasitəsilə əyləc zamanı hər təkərin dövr sayını ölçür və hər bir təkərə təsir edən əyləc təzyiqinə fərdi surətdə nəzarət edir.
  • Təkərin bloklanması bu şəkildə əngəllənir.

Avtomobil hətta sürüşkən səthlərdə tam əyləc zamanı da istiqamətini qoruyur və idarə oluna bilər.

Dartma nəzarəti (ASR)

  • Hərəkətə keçmə və ya sürətlənmə zamanı ASR, aparıcı təkərlərin yerində fırlanmasının qarşısını alır.
  • Təkərlərin yerində fırlanması EBS nəzarət cihazı tərəfindən təkər dövr sayı sensorların yardımı ilə təchiz olunur.
  • Dartma nəzarətində EBS, ASR mühərrik nəzarətini ASR əyləc nəzarəti ilə birləşdirə bilər.
  • ASR mühərrik nəzarəti üçün EBS nəzarət cihazı nəqliyyat vasitəsinin idarə kompüteri (FFR) üzərindən ECR nəzarət cihazına siqnal göndərir. Arxa oxun hər iki təkəri yerində fırlanma zamanı, mühərrikin fırlatma momenti və onunla birlikdə dartma azaldılır.
  • ASR əyləc nəzarəti üçün EBS nəzarət cihazı ABS-in istifadə etdiyi sensorları işlədir, ancaq yalnız aparılan təkərlərə təsir edir. Aparılan oxun yalnız bir təkəri yerində fırlanırsa, fırlanan təkərin əyləclənməsi surətilə dartma azaldılır və differensial qalan fırlatma momentini yol səthilə dartma təması olan təkərə köçürür.

Üstünlüklər

  • Ən qısa reaksiya müddətində maksimal fiziki mümkün əyləc gücü ilə əyləcləmə və bununla pedal tam basılmasa da dayanma məsafəsinin azaldılması
  • Təcili əyləc zamanı da yüksək hərəkət sabitliyi və sükan idarəetmə imkanı sayəsində müxtəlif sürtünməli yol səthlərində də maksimum əyləc təhlükəsizliyi.
  • Şinlərə təsir edən yük bütün şinə bərabər paylandığı üçün şinlərin köhnəlməsi azalır.
  • Belə buz, qar, çınqıl və ya nəmli daş kimi sürüşkən səthlərdə təkmilləşdirilmiş dartma.
  • Artan hərəkət təhlükəsizliyi: ani dartma itkisində avtomobilin arxa hissəsi yoldan çıxmaz
  • Şinlərin intensiv köhnəlməyə səbəb olan yerində fırlanmasının qarşısı alınır.