Texnologiya və Bacarıq

Avtobusda MAN AttentionGuard

Uzun məsafələrdə ikiqat təhlükəsizlik: AttentionGuard üstəgəl iz nəzarəti

Şəhərlərarası avtobus avtomagistralda hərəkət edir. İşarələr avtobusun şüşə arxasında iz limiti məsafəsinin videokamera vasitəsilə çəkilməsini göstərir.

Şəhərlərarası səfərlər zamanı avtomagistrallarda və ya şosselərdə uzun və monoton məsafələrin qət edilməsi zamanı elə olur ki, sürücü yorulur və diqqəti yayınır, zəifləyir. Bu da açıq-aşkar qəza riski yaradır. Qanunla nəzərdə tutulmuş idarəetmə və istirahət vaxtları da bunun qarşısını nisbətən ala bilir. MAN AttentionGuard diqqət yayınmasının və yorğunluğun ilk əlamətlərini hiss etməklə uzun məsafələrdə qəza riskini minimallaşdırır və kritik situasiyaların qarşısını alır. MAN AttentionGuard kamera vasitəsilə gediş zolağının düzgün izlənməsinə nəzarət edən MAN LaneGuard Systems (LGS) əsaslanır.

Funksiya və Əməliyyat

MAN AttentionGuard LGS kamera görüntülərindən, həmçinin digər mühüm nəqliyyat parametrlərindən istifadə edir. Riyazi model əsasında müəyyən müddət kəsiyində gediş zolağından yayınmalar dəyərləndirilir və sürücünün diqqətsizliyi və ya həddən artıq yorğun olması barədə nəticə çıxarılır. Ekranda 10 saniyə ərzində “Fasilə tövsiyə olunur” sözləri görünür və əlavə olaraq akustik siqnal səsi eşidilir. Sistem 60 km/s-dan yuxarı avtomatik olaraq işə düşür və LGS-düyməsi vasitəsilə yandırılıb söndürülə bilir.

LGS artıq ilk zolaq yayınması zamanı xəbərdarlıq etsə də, AttentionGuard çoxsaylı yayınmalarda – sürücünün idarəetməsi başlanğıcla müqayisədə kifayət qədər dəyişdiyi zaman reaksiya verir. Hər iki sistem uzun məsafələrdə – eləcə də gecə səfərləri zamanı həm sürücünün, həm də sərnişinlərin təhlükəsizliyinin artırılmasına çox kömək edir. Qəzaların qarşısı alındıqda, təmir xərcləri və işsiz qalma müddəti də azalır. AttentionGuard və LGS – birgə çalışan ağıllı təhlükəsizlik sistemidir.