Texnologiya və Bacarıq

Ötürmə texnologiyası

Hər avtobus üçün düzgün mexanizm: MAN-ın ayrıca sahədə optimallaşdırılmış individual keçid mexanizmləri səfər, ölkə üzrə səfər və şəhər nəqliyyatında maksimal səmərə və gediş rahatlığını təmin edirlər.


ZF EcoShift əl ilə idarə olunan keçid mexanizmi

ZF EcoShift əl ilə idarə olunan keçid mexanizmi

Yeni inkişaf etdirilmiş əl ilə idarə olunan keçid mexanizmi ZF Eco Shift öz rahat keçid əlaməti ilə asan keçidliyini təmin edir. Keçidlərin tətbiqi hiss edilən hərəkətlə nəticələnir. Bu, keçid təhlükəsizliyini aydın şəkildə yüksəldir. Xəta keçidləri bununla da azalır, geriyə hərəkətlə keçid qeyri-mümkündür. Intarder 3 ilə əyləc gücü 20 faizə qədər artırıla bilər.

Tətbiq sahəsi: Şəhərlərarası və səfər avtobusları (Lion`s Coach, Lion`s İntercity, Lion`s Regio)


Avtomatik ötürmə

Avtomatik ötürmə
(MAN TipMatic® Coach)

MAN TipMatic® Coach avtomatik ötürməyə əsaslanır. Hər sürmə vəziyyəti üçün optimal keçid sistemi seçilib və ötürmə zamanı motorun fırlanma sayına əsaslanır. Əl ilə idarə də mümkündür. İdarəetmə gediş ötürməsi və sükan ötürməsi ilə mümkündür. Displey sürücüyə tətbiq edilmiş keçidi göstərir.

Tətbiq sahəsi: Şəhərlərarası və səfər avtobusları (Lion`s Coach, Lion`s Coach EfficientLine, Lion`s Regio)


ZF EcoLife avtomatik ötürmə mexanizmi

ZF EcoLife avtomatik ötürmə mexanizmi

ZF EcoLife avtomatik mexanizminin mexanizm idarəsi addım 3 ilə inkişafı sürücü və sərnişinlər üçün səfəri asanlaşdırır. Bunun üçün yumşaq, pozuntu olmadan səssiz keçid dəyişkənliyi və az xətalı sabit ötürmə keyfiyyəti kömək edir. Bundan əlavə yeni proqram paketi Step 3 UDS-in (vahid diaqnostika xidmətləri) diaqnostika keyfiyyəti ilə qısa dayanma anlarını optimallaşdırır.

Tətbiq sahəsi: Şəhərlərarası, şəhər və səfər avtobusları (Lion`s City, Lion`s City Ü, Lion`s İntercity, Lion`s Regio)


TopoDyn Life keçid proqramına malik ZF EcoLife avtomak ötürücüləri

Ötürmə qutusu giriş valında yüksək fırlanma anı və birinci retarderin daha uzun müddətlə təmin edə bildiyi yüksək əyləc anları (+ 650 Nm) ilə özünü göstərir. Daha uzun ömrü və inteqrasiya olunmuş elektron nəzarət də daha yüksək bir gəlirliliyi vəd edir. Burulma dempferli bir transformator ilə daha yaxşı bir sürətləndirmə və komfortlu sürətdəyişdirmə əməliyyatları, eləcə də xüsusilə aşağı sürətlərdə, nail olur. Topoqrafiyadan asılı sürətdəyişdirmə proqramı TopoDyn ilə yanacaq istehlakı beş faiz qədər qənaət edilə bilər. Topoqrafiya və sərnişinlərin sayından asılı olaraq sürətdəyişdirmə proqramı, mövcud beş proqramın içindən avtomatik olaraq ən yaxşı proqramı seçir.

Tətbiq sahəsi: Şəhərlərarası (Lion’s Regio)


Voith DIWA ötürmə qutusu

Bu ötürmə variantı standart kimi MAN Lion’s City seriyasının bütün modellərində quraşdırılır. O, ötürücü komplektinə elektron inteqrasiya, səmərəli bir mexaniki-hidravliki güc paylanması və güclü bir ikinci retarder aqreqatı ilə önə çıxır. Bundan yanaşı, ağır nəqliyyat vasitələri siniflərində də sürətdəyişmə nöqtələrində optimal dövr saylarını və nəzərəçarpan dərəcədə azaldılmış bir yanacaq istehlakını təmin edən, topologiyadan asılı sürətdəyişdirən proqramı SensoTop-a malikdir. Müstəqil, baxım ehtiyacı olmayan bir altimetr avtomatik olaraq yamacları və enişləri təşhis edir və buna görə optimal sürətdəyişdirmə nöqtələrini hesablayır.

Tətbiq sahəsi: Şəhərlərarası, şəhər və səfər avtobusları (Lion`s City, Lion`s City Ü, Lion`s İntercity, Lion`s Regio)


SensoTop keçid proqramına malik Avtomat Voith DIWA ötürmə qutuları

Bu ötürmə qutusunun xüsusiyyətləri ötürücü komplektinə elektron inteqrasiyası, səmərəli mexaniki-hidravliki güc paylanması və güclü ikinci retarder aqreqatıdır. Voith markalı avtomatik ötürmə qutusunda bundan əlavə topoqrafiyadan asılı olaraq işləyən və ağır nəqliyyat vasitəsi siniflərində də optimal sürətdəyişdirmə dövr sayları ilə əhəmiyyətli yanacaq qənaəti təmin edən SensoTop sürətdəyişdirmə proqramı istifadə olunur. Bundan yanaşı, baxım ehtiyacı olmayan, müstəqil bir altimetr yamacları və enişləri təşhis edər. Sürətdəyişdirmə proqramı topologiyadan asılı olaraq optimal sürətdəyişdirmə anlarını hesablayır.

Tətbiq sahəsi: Şəhərlərarası (Lion’s Regio)