MAN Azərbaycanda

MAN Truck & Bus

Improtex Trucks and Buses MMC

Improtex Trucks and Buses MMC-nin əsas fəaliyyət sahəsini inşaat avtomobillərinin və texnikasının satışı və satış sonrası xidmətinin göstərilməsi təşkil edir. Şirkət 2005-ci ildə kommersiya avtomobillərinin lider istehsalçısı - MAN Truck and Bus AG-nin rəsmi idxalçısı kimi fəaliyyətə başlamışdır. Çox qısa zamanda Improtex Trucks and Buses bazarı ələ keçirdi və yüksək sinif Avropa istehsalı kommersiya avtomobilləri arasında No1 mövqeyə sahib oldu. MAN müxtəlif məqsədlər üçün kommersiya avtomobilləri istehsal edir:

  • İnşaat
  • Uzun məsafələrə daşıma
  • Nəqliyyat həlləri
  • İçki daşıyıcı
  • Kommunal avtomobillər
  • Yanğınsöndürənlər
  • Ağır-tonnajlı nəqliyyat vasitələri

Improtex Trucks and Buses -də işləyən personalın sayı 100 nəfərə çatır. Mərkəz 4 hektar ərazidə inşa edilmişdir və 11 000 m²-dən çox sahəyə məxsus administrativ binaya sahibdir. Bununla Improtex Trucks and Buses MDB məkanında analoqu olmayan ən böyük satış və servis mərkəzi sayılır. Əsas sahələr:

  • Showroom – 1 300 m2
  • Ofis sahəsi – 6 700 m2
  • Tam təchiz olunmuş servis mərkəzi – 2 000 m2
  • Ehtiyat hissələri – 1 100 m2

İTB-nin servis mərkəzi öz sertifikatlaşdırılmış və təcrübəli texniki baxış heyəti, 24/7 mobil servisi, kabinanın sənaye üsulu ilə rənglənməsi də daxil olmaqla dünyada tanınmış istehsalçıların “A” klass servis avadanlıqları ilə geniş imkanlara malikdir.