MAN Lion’s Regio

MAN Lion’s regio mühərriki

Bütün marşrutlar üçün səmərəli ötürücü

MAN Lion’s Regio-nun hər marşrutda tezliklə irəliləyə bilməsi üçün, dinamik bir ötürücü texnologiyası davamlı sabit performansı tənzimləyir. Üfüqi quraşdırılmış Common Rail mühərrikləri və seçilə bilən dörd ötürmə modeli mükəmməl şəkildə bir-birinə uyğunlaşdırılmışdır. Altısilindrli 10,5 litr işçi həcmli və 235 kV (320 A.G), o cümlədən 265 kV (360 A.G) gücündə yüksək dartma gücünə malik dizel mühərrikləri bol hərəkət dinamikası gətirir. Gücün hamar köçürməsi altıpilləli ötürmə qutusu və ya həm tam avtomatik həm də əl ilə təkan qolu üzərindən idarə oluna bilən hər onikipilləli MAN TipMatic® ötürmə qutusu tərəfindən yerinə yetirilir. Alternativ olaraq bir avtomatik ötürmə qutusu (dörd və ya altıpilləli) təmin edilə bilər.

MAN Lion’s Regio – mühərriklərə ümumi baxış

Topoqrafiya və marşrutdan asılı olaraq 10,5 litr işçi həcmli yüksək momentli altısilindrli mühərriklər güclərini nümayiş etdirir. Güc spektri, ən aşağı 235 kV-dən (320 A.G) şir kimi güclü 265 kV (360 A.G) mühərriklərinə qədər uzanır. Mühərriklərin arasındakı fərqlərin detalları burada listələnib:

  Lion’s Regio Lion’s Regio C Lion’s Regio L
Avro 6 mühərriki      
Güc 320 A.G, 360 A.G 320 A.G, 360 A.G 320 A.G, 360 A.G
İşçi həcmi 10.500 sm³ 10.500 sm³ 10.500 sm³
Maks. fırlanma anı 1.600 Nm, 1.800 Nm 1.800 Nm 1.800 Nm
Növü və tənzimləmə 6 silindrli sıralı Common Rail dizel mühərriki 6 silindrli sıralı Common Rail dizel mühərriki 6 silindrli sıralı Common Rail dizel mühərriki

Həmişə vəziyyətə hakimiyyətini qoruyur

Hətta uzun məsafəli, çətin topologiyalı sərnişin nəqliyyatı üçün MAN Lion’s Regio-nun ötürücü komplekti mükəmməlcə uyğunlaşır. Gücü optimalca dinamikaya çevirmək üçün, o, altıpilləli mexaniki ötürmə qutusu və avtomatlaşdırılmış onikipilləli MAN TipMatic® ötürmə qutusuna malikdir. Bundan əlavə, bu şəhərlərarası avtobus avtomat ötürmə qutusu variantı ilə (dörd və ya altıpilləli) və inteqrasiyalı sürətdəyişdirmə proqramı ilə təchiz oluna bilər.

MAN ötürücü texnologiyalarına keçid

Möhkəm və etibarlı nəqliyyat vasitəsi

MAN Lion’s Regio modeli standart olaraq ön ox kimi müstəqil təkər asqısı ilə təchiz olunub. Bir stabilizator və disk əyləcləri ilə təchiz olunduqda təhlükəsizlik daha çox artırılır. Aparan ox olaraq Lion’s Regio-da bundan yanaşı standart olaraq disk əyləcli bir MAN hipoid ox işlədilir. Bundan əlavə, ötürmə qutusuna əlavə əyləc olaraq beş mərhələli bir Retarder inteqrasiya olunur.

MAN oxlarına keçid


Aşağıdakı texnologiya sayəsində: Daha təhlükəsiz və səmərəli yürüş üçün MAN sistemləri

MAN yardımçı sistemləri

Bu məsələdə onlar daim Sizin xidmətinizdədirlər. Hər zaman. MAN təhlükəsizlik və sürücü yardımçısı sistemləri hər bir metri hesablayaraq çalışırlar. Sərnişinlərinizi daha təhlükəsiz və komfortlu çatdıra bilməniz üçün.

MAN Lion`s Regio üçün mövcud olan sistemlər:

Çoxfunksiyalı Sükan Çarxı

Məsafəni tənzimləyən tempomat (ACC)

Elektroniki stabilizasiya proqramı (ESP)

Gedişə nəzarət sistemi LGS

Elektron əyləc sistemi

MAN BrakeMatic®

Şin Nəzarəti

Fövqəladə halda əyləc köməkçisi (EBA)