MAN Lion's Regio

MAN Lion's Regio-nun sürücü kabinası
MAN Lion's Regio-nun sürücü kabinası

Uzun məsafə sürücülər üçün rahat iş yeri

Xüsusilə uzun şəhərlər arası səyahətlərdə və kələ-kötür yollarda, professional sürücü komfortlu iş yeri həsrətində olur. Çünki yalnız bu yolla sürücü həmişə işinə diqqətli olur və nəqliyyat vasitəsinə hər zaman hakim olur. Buna görə də, MAN Lion's Regio seriyasının sürücü kabinası optimal olaraq sürücünün fərdi ehtiyaclarına uyğunlaşdırılmışdır. Sürücü kabinası səliqəli və gözəl görünür, idarəetmə asanlıqla həyata keçirilir. Mərkəzində xrom çərçivəli analog displeyləri əhatə edən böyük ellips şəkilli cihaz paneli var. Mərkəzdə yerləşdirilmiş sürücü displeyi vasitəsilə sürücü onbort diaqnoz funksiyası yardımilə tezliklə və asanlıqla nəqliyyat vasitəsinə aid məlumatları əldə edə bilər. İnteqrasiyalı bel və yan dəstəyi (IPS) olan erqonomik sürücü oturacağı da xüsusilə rahatdır.

İnteryerin konsepsiyasında başqa çoxsaylı detallar da düşünülüb: bel dəstəyinə inteqrasiya olunmuş sürücü mikrofonu, eləcə də fərdi əşyalar üçün çoxsaylı saxlanma kupələri standart avadanlıqlardır. Bundan başqa sürücü bölməsi, sərnişin salonundan müstəqil olaraq iqlimləndirilə bilər. İstəyə görə yarım hündürlüklü ayırıcı divar, dama qədər yüksələn şəffaf bir arxa divar və ya qatlanan qapılı komplekt sürücü kabinəsi quraşdırıla bilər - şəhərlər arası reyslər üçün xüsusi yaradilmış bir iş yeri.

Önə çıxan xüsusiyyətlər bir baxışda:

  • IPS dəstəyi olan erqonomik sürücü oturacağı
  • Yüksək nəzarət komfortu və ən yaxşı görünüş sahəsi
  • Bel dəstəyinə inteqrasiya olunmuş sürücü mikrofonu
  • Xrom dizaynlı səliqəli cihaz paneli
  • Onbort diaqnoz üçün asanlıqla oxuna bilən displey
  • Sürücü üçün çoxsaylı saxlanma bölmələri
  • Dam və konvektorlu qızdırıcı, həmçinin kondisioner sürücü kabinasından tənzimlənə bilər
  • Sürücünün iş yerini müstəqil olaraq iqlimləndirilə bilməsi
  • Sürücü kabinasının sərnişin salonundan ayrıla bilməsi
  • Qabaq şüşələri və sürücü jalyuzilərinin elektron nəzarəti