MAN Lion's Regio

Salon

Həqiqi böyüklük detallarda görünür.

MAN Lion's Regio ilə səyahətdə hər kəs səxavətli yer və rahatlıqla əzizlənir. Belə ki, səxavətli salon konsepsiyası ən kiçik detalına qədər düşünülmüş və adətən yalnız turist avtobuslarında görülən səviyyədə lüks təklif edir. Böyük dayanma hündürlüyü, avtomobilin ortasında geniş ayaqda dayanma perronu və açıq baqaj rəfləri ilə sərnişin salonu xüsusilə səxavətli görünür. Bu təəssürat, avtomobilin keçdiyi mənzərələrə geniş görüş imkanı verən, olduqca aşağıya çəkilmiş tünd yan şüşələrlə daha da güclənir. Dolayı işıqlandırma konsepsiyası səliqəli atmosfer yaradır. Bundan əlavə tam avtomatik kondisioner yayın ən isti aylarında olduğu kimi qışın ən soyuq aylarında da temperaturu tənzimləyir və hava keyfiyyətini yaxşılaşdırır.

Kondisioner

Kondisioner

MAN Lion's Regio seriyasının bütün şəhərlər arası avtobusları kondisionerin istəyə görə quraşdırılması üçün hazırlanır. O, bütün il ərzində, avtomatik olaraq daxili temperaturu optimal səyahət səviyyəsində tənzimləyir. Həmçinin kondisioner davamlı təzə hava təmin edərək salonun içərisindəki hava keyfiyyətini daimi yüksək səviyyədə tutur. Həqiqətən hər detalın nəzərdə tutulduğunu, hər oturacağın üzərində olan ventilyasiya çıxışları və ventilyasiya konsepsiyası göstərir. İşlənmiş hava, baqajlardan toz və rütubəti uzaq tutmaq üçün baqaj bölməsi üzərindən boşaldılır.


Oturacaqlar

Oturacaqlar

Xüsusilə uzun reyslərdə, oturacaq rahatlığı əsas şərtlərdəndir. Lion's Regio modelləri üçün dözümlü erqonomik çalov şəkilli səyahət oturacaqları seçim edilə bilər.


Ayaqda dayanma perronu

Ayaqda dayanma perronu

Ehtiyaca və tətbiq sahəsindən asılı olaraq MAN Lion's Regio avtobusunda əvəz perronu çevik istifadə edilə bilər. O, sərnişinlər üçün ayaqda dayanma perronu və ya əlil sərnişinlərə də rahat səyahət imkanı vermək üçün əlil arabası yeri olaraq işlədilə bilər. Opsiyon kimi arxa qapıya təchiz oluna bilən lift vasitəsilə sağlamlıq qabiliyyəti məhdud olan insanlar və əlil arabası istifadəçiləri təhlükəsiz avtobusun içərisinə daxil ola bilər.


Yan şüşələr

MAN Lion's Regio-nun çox aşağı çəkilmiş yan şüşələr gözəl mənzərələr bəxş edir. Günəş isti günlərdə birbaşa avtobusun içinə işıq saçırsa da, hamar yan şüşələr yüngül tündlük sayəsində dinc bir səyahət təcrübəsi təklif edir.


İşıqlandırma

Komfort MAN Lion's Regio-da xüsusilə aydın və cazibəli olan sərnişin salonunun vizual qavrayışı ilə başlayır. Bunun səbəbi, rahat bir səxavət hissini yaradan dolayı işıq konsepsiyasıdır. Aşağı çəkilmiş yan şüşələr də sərnişin salonunda bol işığı təmin edir. Axşam qaranlıqda hər oturacağın üzərində ayrı-ayrı düzəliş edilə bilən oxuma lampaları yandırıla bilər. Bundan əlavə pillələrin dolayı işıqlandırılması minib-düşərkən təhlükəsizliyi artırır.

Giriş-çıxışlar

Giriş-çıxışlar

MAN Lion's Regio 860 mm-lik bort yüksəkliyi ilə şəhərlər arası nəqliyyat seqmentində istifadə üçün idealdır. Ancaq şəhər daxili ictimai nəqliyyatda da uğurla istifadə oluna bilər, çünki 2-3 pilləli giriş-çıxışları komfortlu düşüb-minməyə imkan yaradır. Əlil və yaşlı insanların avtobusa daha asan minə bilmələri üçün, arxa qapı, bir platform və ya əlil arabası lifti quraşdırıla bilər.


Dam kanalları

Dam kanalları

İstəyə görə ventilyasiya çıxışları ilə təchiz oluna bilən dam kanalları böyük açıq rəfləri kimi istifadə olunur. Burada kiçik əl baqajları və hətta orta ölçülü səyahət çantaları saxlanıla bilər.


Xüsusi avadanlıqlar

İstəyə görə təchiz oluna bilən tualet, soyuducu, mətbəx, eləcə də DVD sistemi və iki 19 düymlük ekran (qabaq günbəz və 2ci qapı) Lion's Regio-nu həftəsonu səyahətləri üçün tam təchizatlı kombi avtobusa çevirir.