MAN Lion’s City Ü

Motor MAN Lion’s City Ü

MAN mühərrikləri – güclü və səmərəli

MAN Lion’s City Ü, şəhər və şəhərətrafı marşrutlarda özünü xüsusilə səmərəli göstərir, istər dizel, CNG və ya hibrid mühərriklə təchiz olunmuş olsun. Burada, bu avtobus xüsusiyyətlə yüksək dartma gücü, aşağı emissiya dəyərləri və aşağı yanacaq istehlakı ilə önə çıxır. Common Rail mühərrikləri dörd və ya altıpilləli 206 kV (280 A.G) – 265 kV (360 A.G) güclü avtomatik ötürmə qutusu ilə birləşdirir, təmiz güc 200 kV (272 A.G) və 228 kV (310 A.G) gücündəki altısilindrli təbii qaz (CNG) mühərrikləri tərəfindən də asanlıqla nail olunan, əla bir performansdır. MAN Lion’s City Ü modelini ötürən ötürmə nə olursa olsun, mühərrikləri həmişə etibarlıqla, aşağı baxım ehtiyacı ilə və topologiyadan asılı nəzarət sayəsində bütün reyslərdə suveren işləyir.

MAN Lion’s City Ü mühərriklərinə ümumi baxış

MAN Lion’s City Ü modeli istəyə görə D 2066 (360 A.G-dək) və ya E 2876 (310 A.G-dək) mühərriklərlə təmin olunur. Iki mühərrik arasındakı fərqlərin detalları ümumi baxışda göstərilib:

Mühərrik (üfüqi) D 2066 E2876
Yanacaq Dizel Təbii qaz
Güc 280 A.G, 320 A.G, 360 A.G 272 A.G və 310 A.G
İşçi həcmi 10.518 sm³ 12.816 sm³
Emissiya səviyyəsi Avro 6 Avro 6
Maks. fırlanma anı 1.350 Nm, 1.600 Nm, 1.800 Nm 1.050 Nm, 1.250 Nm
Növü və tənzimləmə 6 silindrli sıralı Common Rail dizel mühərriki 6 silindr sıralı qaz mühərriki

Hər bir mövqedə optimal ötürücü

Bir marşrutun topologiyası nə olursa olsun, MAN dizel mühərriklərinin həssas sürətdəyişdirmə strategiyası daima səmərəli bir performansa töhfəsini verir. MAN Lion’s City Ü-nün ən dik yamaclarda da kifayət qədər gücə malik olması üçün, standart olaraq SensoTop funksiyalı Voith markalı bir DIWA ötürmə qutusu ilə təchiz olunur. İstəyə görə olaraq TopoDyn funksiyalı ZF EcoLife ötürmə qutusu ilə də təchiz oluna bilər.

MAN ötürücü texnologiyalarına keçid

Şəhərlərarası reyslər üçün etibarlı nəqliyyat vasitəsi

MAN Lion’s City Ü modeli standart olaraq ön ox kimi sabit oxla təchiz olunub. Bir stabilizator və disk əyləcləri ilə təchiz olunanda təhlükəsizlik daha çox artırılır. Aparıcı ox olaraq Lion’s City Ü-də orta təhriki sola köçürülmüş bir MAN-ZF portal oxu quraşdırılır. Bundan əlavə, ötürmə qutusuna əlavə əyləc olaraq üç mərhələli bir Retarder inteqrasiya olunur.

MAN oxlarına keçid


Aşağıdakı texnologiya sayəsində: Daha təhlükəsiz və səmərəli yürüş üçün MAN sistemləri

MAN yardımçı sistemləri

Bu məsələdə onlar daim Sizin xidmətinizdədirlər. Hər zaman. MAN təhlükəsizlik və sürücü yardımçısı sistemləri hər bir metri hesablayaraq çalışırlar. Sərnişinlərinizi daha təhlükəsiz və komfortlu çatdıra bilməniz üçün.

MAN Lion`s city Ü üçün mövcud olan sistemlər:

Elektron sabitlik proqramı (ESP)

Elektron əyləc sistemi

TyreManagement