MAN Lion's City Ü

MAN Lion’s City LE şəhər avtobusu

Aşağı giriş, yüksək rahatlıq: Lion's City LE Ü

MAN Lion's City LE Ü (alçaq giriş) şəhər sərhədlərini aşan davamlı ictimai sərnişin nəqliyyatını təmsil edir. 12 metrlik avtobus, 1-ci və 2-ci qapılardakı alçaq girişi ilə yeni rahatlıq standartlarını müəyyən edir. Eyni zamanda, hərəkət istiqamətində, daha rahat, yüksək oturma mövqeli daha çox oturacaq tələbinə də müvafiqdir. MAN Lion's City ailəsindən çoxsaylı sübut olunmuş komponentlərin quraşdırılması MAN Lion's City LE Ü-nün cəlbedici qiymət-performans nisbətinə töhfə verir. Bundan əlavə, bu avtobus aşağı həyat tsikli xərcləri ilə bal toplayır: Avtobusun arxasında quraşdırılmış ötürücü, konstruksiyası sayəsində mühərrik bölməsinə rahatlıqla yerləşib. Beləcə MAN Lion's City LE-nin servisi və təmiri xüsusilə asandır.

MAN Lion’s City LE-nin girişi

Minib-düşmə rahatlığı

Şəhərlər arası avtobus Lion's City LE Ü-də, hər iki qanadlı qapıdakı giriş hündürlüyü 370 mm-dir. Standart avadanlıq kimi təchiz olunan çökmə funksiyası yardımilə qapı tərəfi daha 80 mm endirilə bilər. Sağlamlıq qabiliyyətləri məhdud insanlar və uşaq arabası olan ana-atalar, opsiyon avadanlıq kimi 2-ci qapıya inteqrasiya oluna bilən pandus vasitəsilə asanlıqla avtobusun içərisinə minə bilirlər.

MAN Lion’s City LE-nin interyeri

İnteryer: funksional və rahat

Lion's City LE Ü-nün interyerindəki hava səliqəli, cazibəlidir və asanlıqla təmizlənər. Şəhərlər arası ictimai avtobus, 1-ci və 2-ci qapının arasında sağ və sol tərəfdə 200 mm hündürlüyündə pedestallarla təchiz olunub. Oturacaqların örtükləri yun plüş parçalıdır və arxa dayaqları asanlıqla təmizlənən plastikdən ibarətdir. Bundan əlavə, bütün oturacaqlar bir əl tutacağı ilə təchiz olunmuşdur və istəyə görə qol dayaqları ilə təmin oluna bilər.


MAN D0836 LOH

Mühərrik: güclü və səmərəli

MAN Lion's City LE Ü-nün güclü altı silindrli mühərriki səmərəli işləyir və yüksək dartma gücü, aşağı emissiyası və aşağı yanacaq istehlakı ilə önə çıxır. Dörd ya altıpilləli avtomatik ötürməsi ilə birləşdirildikdə yola cəmi 213 kV (290 a.g) güc buraxır.


Lion's City LE Ü şəhərlər arası ictimai nəqliyyat avtobusu

  • Tək və ya cüt qanadlı qapılar
  • Arxa oxun arxasında bayır tərəfə açılan tək qanadlı rəzəli qapı opsiyonu
  • Ön ox və 2-ci qapı arasında alçaq mərtəbə (istəyə görə pedestallarla)
  • 370 mm-lik giriş hündürlüyü
  • 43 sərnişin qoltuğu
  • 295/80 R 22,5 ölçülərində şinlər
  • Euro 6-da 213 kV (290 a.g) gücündə 6-silindrli sıralı Common Rail mühərriki
  • 6 və 4 pilləli avtomat sürətlər qutusu