MAN Lion's City Ü

Salon

Komfortlu səxavət möcüzəsi

Sərnişin salonunda MAN Lion's City Ü modeli çoxlu yer, əla komfort və mehribanlıq şəraitində atmosferlə bal toplayır. Yeni şüşə dam lyukundan keçən günəş şüaları ilə sərnişin salonu, oturacaqlara gediş-gəlişlərdə təhlükəsizlik üçün optimal aydınladır. Giriş və çıxışları, eləcə də mərkəzi koridor, xüsusilə alçaq nəzərdə tutulub ki, yaşlı və ya əlil insanların rahat minib-düşməsi mümkün olsun. Arxada şaquli vəziyyətdə quraşdırılmış mühərrik və ayaqlar üçün təklif edilən geniş yer, ekstra klassın mükəmməl fikirləşilmiş bir salon konsepsiyasının ünsürləridir.

Şüşə lyuklar

Şüşə lyuklar

MAN Lion's City Ü-nün bütün sərnişin salonu xoşagələn aydınlığa və dərhal nəzərə çarpan məhribanlığa malikdir. Bu rahat atmosfer xüsusilə də plastik dam lyuklarından keçən günəş şüaları ilə yaranır. Daha yaxşı bir işıqlandırma şəraiti üçün yeni, təhlükəsizlik şüşəsindən emal edilmiş olan dam lyukları təmin edilə bilər. Bu lyuklar sərnişin salonunun ventilyasiyası üçün rahatlıqla elektrik əymə funksiyası ilə açıla bilər və təcili halda əlavə təcili çıxış kimi istifadə olunmaq üçün açıla bilər.


Oturacaqlar

Oturacaqlar

Lion's City Ü-də eyni anda 88 sərnişin yerləşir - 44 nəfər MAN City çalov şəkilli oturacaqlarda və 44 nəfər ayaqda dayanma yerlərində. Çoxsaylı dirək və məhəccərlər sərnişinlərə hərəkət zamanı təhlükəsizlik təklif edir. Bundan əlavə, oturacaqlar, dayaqsız olaraq quraşdırılmış, vandallığa qarşı dözümlü və asanlıqla təmizlənə bilən örtüyə malikdir.


Kondisioner

Kondisioner

Əvvəlki kondisionerlərlə müqayisədə, yeni kondisioner daha yüngüldür - beləliklə avtobusun boş ağırlığı və yanacaq istehlakı azalır. Bundan əlavə, kondisionerin servis ehtiyacı azaldılıb və ömrü uzadılıb.

Qatlanan pandus

MAN Lion's City Ü modelləri, pilləsiz giriş-çıxışlar sayəsində yalnız 320 mm yüksəkliyində bir bort yüksəkliyinə malikdir. Çökmə funksiyası ilə sağlamlıq imkanları məhdud olan insanların minib-düşməsini asanlaşdırmaq üçün sağ giriş səviyyəsi 80 mm qədər daha da endirilə bilər. MAN Lion's City LE habelə ECE R107 saylı Avropa sərəncamına da müvafiqdir.

Qatlanan pandus

MAN Lion's City Ü-nün salon konsepsiyasında əvvəldən etibarən hər detal və hər sərnişin nəzərdə tutulub. Əlil sərnişinlərə uyğun qurğulardan yerdən qənaət edən qatlamalı oturacaqlara qədər. 2 nömrəli qapıdan, opsiyon kimi döşəmədə təchiz oluna bilən qatlanan pandusla əlil və uşaq arabaları asanlıqla avtobusun içərisinə keçə bilərlər. İstənilən halda müşayiət edən şəxsləri üçün praktik qatlama oturacaqları sərnişin salonuna əlavə edilə bilər.