MAN Lion’s Intercity

MAN Lion’s Intercity: İstismardan asılı olan konfiqurasiya

İstismardan asılı olan konfiqurasiya

Standart detalların komplekt sistemi MAN Lion’s Intercity-nin istər şəhərlərarası nəqliyyatda, istərsə də məktəb və ya xidmət avtobusu olaraq optimal konfiqurasiyasını təmin edir.

MAN Lion’s Intercity: Sərnişinlər üçün rahatlıq

Sərnişinlər üçün rahatlıq

Yüksək keyfiyyətli oturacaqlar, minimal səs, səmərəli hava tənzimlənməsi və işıqlı salon. Şəhərlərarası nəqliyyatda rahat sərnişindaşıma üçün əla kombinasiya.

MAN Lion’s Intercity: Ölçülərə uyğun sürücü kabinəsi

Ölçülərə uyğun sürücü kabinəsi

Yeni təkmilləşdirilmiş sürücü kabinəsi çeşidli avadanlıqlar, erqonomik dizayn, eləcə də əşyaları yığmaq üçün çox sayda yerləri ilə diqqəti cəlb edir.

Şəhərlərarası nəqliyyatda yüksək təhlükəsizlik və universallıq

MAN Lion’s Intercity – sərnişinlər üçün daha yüksək təhlükəsizlik və rahatlıqla, sürücünün tələblərinə yönəlmiş kokpit və maksimum səmərəliliklə sizi heyran edəcək.

Konfiqurasiyaların yüksək uyuşqanlığı MAN Lion’s Intercity-nin həm şəhərlərarası, həm məktəb, həm də servis avtobusu kimi istifadəsinə imkan verir. Xüsusən də məktəblilərin daşınmasında təhlükəsizlik mütləq prioritetdir. Beləliklə, MAN Lion’s Intercity 2017-ci ildən etibarən qüvvədə olacaq və avtobusların korpusunun möhkəmliyinə xüsusi sərt tələblər qoyan ECE R66.02 normalarına artıq indidən uyğundur.

Hamısını açHamısını bağla


Aşağıdakı texnologiya sayəsində: Daha təhlükəsiz və səmərəli yürüş üçün MAN sistemləri

MAN yardımçı sistemləri

Bu məsələdə onlar daim Sizin xidmətinizdədirlər. Hər zaman. MAN təhlükəsizlik və sürücü yardımçısı sistemləri hər bir metri hesablayaraq çalışırlar. Sərnişinlərinizi daha təhlükəsiz və komfortlu çatdıra bilməniz üçün.

MAN Lion’s İntercity üçün mövcud olan sistemlər:

Fövqəladə halda əyləc köməkçisi (EBA)

Çoxfunksiyalı Sükan Çarxı

Elektroniki stabilizasiya proqramı (ESP)

Elektron əyləc sistemi

Şin Nəzarəti

Məsafəni tənzimləyən tempomat (ACC)

Gedişə nəzarət sistemi LGS