MAN Lion’s Intercity

Yeni hazırlanmış MAN Lion`s Intercity sürücü kabinəsi
Uzaq məsafə avtobuslarının MAN Lion`s Intercity sürücü kabinəsində çox sayda əşyaların yerləşdirilməsi üçün yerlər

Şəhərlərarası avtobuslar, məktəb avtobusları və xidməti avtobuslarda tətbiq edilmək üçün yeni hazırlanmış sürücü kabinəsi

Gündəlik marşrut üzrə hərəkət sürücüdən tam konsentrasiya tələb edir. Bunun üçün ən yaxşı şərtləri yaratmaq məqsədilə MAN Lion`s Intercity yeni hazırlanmış və xüsusi tləblərə cavab verən erqonomik sürücü kabinəsi ilə təchiz edilmişdir. Müxtəlif ayarlama xüsusiyyətlərinə malik sürücü oturacağı hər bir sürücü üçün fərdi rahatlığı təmin edir.

Yan tərəflərdəki çox sayda praktik və əlçatan bölmələr sənədlərin və kiçik əşyaların saxlanması üçün kifayət qədər yer təklif edir. Stəkan və butulka saxlayıcısı kimi digər funksional elementlər, eləcə də böyük ölçülü soyuducu gündəlik tələbatlar üçün bütün rahatlıq və funksionallığı təmin edir.

Önə çıxan xüsusiyyətlər bir baxışda:

  • Müxtəlif əşyaların yerləşdirilməsi üçün çox sayda yerləri olan sürücü kabinəsi
  • Müxtəlif ayarlama imkanlarına malik erqonomik sürücü oturacağı
  • Naviqasiya və böyük rəngli ekrana malik multimedia sistemi (Multimedia Coach MMC)
  • Çoxfunksiyalı Sükan Çarxı
  • 12-V və 24-V rozetka
  • Qızdırıla bilən xarici güzgülər
  • Sürücü pərdəsi əllə idarə olunan/elektrik
  • 1-ci qapı üçün məsafədən idarə etmə
  • Ön hissədə yerləşən 41l tutumu olan soyuducu
  • Pul hesablayıcı/bilet çapı üçün hazırlıq