MAN Lion’s Coach EfficientLine

Motor MAN Lion’s Coach EfficientLine

Daha çox səmərəlilik üçün səmərəli ötürücü

MAN Lion’s Coach EfficientLine-in hər bir marşrutda hamar sürətləndirilə bilməsi üçün güclü və yüksək fırlanma anı 338 kV, o cümlədən 460 A.G gücündə Common Rail mühərrikləri məhz hərəkət dinamikası təklif edir. Avtomatlaşdırılmış 12-pilləli MAN TipMatic® sürət qutusu ilə birlikdə o, xüsusilə qənaətcil işləyir – əlbəttə Avro 6 emissiya tələblərinə müvafiq olaraq.

  Lion’s Coach EfficientLine Lion’s Coach C EfficientLine Lion’s Coach L EfficientLine
Avro 6 mühərriki D 2676 LOH D 2676 LOH D 2676 LOH
Güc 420 A.G 460 A.G 460 A.G
Növü və tənzimləmə 6 silindrli sıralı Common Rail dizel mühərriki 6 silindrli sıralı Common Rail dizel mühərriki 6 silindrli sıralı Common Rail dizel mühərriki
Maks. fırlanma anı 2.100 Nm 2.300 Nm 2.300 Nm
Ötürücü mexanizm MAN TipMatic® avtomatlaşdırılmış
EasyStart hərəkətə keçmə köməkçili 12-pilləli sürət qutusu
EasyStart hərəkətə keçmə köməkçili avtomatlaşdırılmış 12-pilləli MAN TipMatic® sürət qutusu EasyStart hərəkətə keçmə köməkçili avtomatlaşdırılmış 12-pilləli MAN TipMatic® sürət qutusu

Hər bir mövqedə optimal ötürücü

Uzun məsafəli nəqliyyatda və çətin yol şəraitində istifadədə ən yaxşı performans üçün MAN Lion’s Coach EfficientLine bir-birinə görə uyğunlaşdırılmış mühərriklərlə təchiz olunub. Gücün dinamikaya çevrilməsi vəzifəsini avtomatlaşdırılmış onikipilləli MAN TipMatic® texnologiyalı sürət qutusu üstünə götürür.

MAN ötürücü texnologiyalarına keçid

Möhkəm və etibarlı nəqliyyat vasitəsi

Xüsusilə aşağı sürtünməli aparılan hipoid oxu və stabilizatorlu çoxlingli müstəqil təkər asqısı səbəbilə MAN Lion’s Coach EfficientLine məhz asfaltın üzərindən süzüb gedir. Üç oxlu variantları bundan yanaşı adheziya lingli aparılmayan bir arxa oxla təchiz olunmuşdur. Bu ox, ehtiyac olanda sürüşkən yollarda optimal dartma təsiri yaratmaq üçün müvəqqəti olaraq qaldırıla bilər. Ancaq geniş həcmli dəyirmi körükləri olan pnevmatiki amortizasiya və səviyyə nəzarəti (ECAS) də hər yolda ən yaxşı hərəkət rahatlığını təmin edir.

MAN oxlarına keçid


Aşağıdakı texnologiya sayəsində: Daha təhlükəsiz və səmərəli yürüş üçün MAN sistemləri

MAN yardımçı sistemləri

Bu məsələdə onlar daim Sizin xidmətinizdədirlər. Hər zaman. MAN təhlükəsizlik və sürücü yardımçısı sistemləri hər bir metri hesablayaraq çalışırlar. Sərnişinlərinizi daha təhlükəsiz və komfortlu çatdıra bilməniz üçün.

MAN Lion`s Coach üçün mövcud olan sistemlər:

Təcili əyləc köməkçisi

Çoxfunksiyalı sükan

Məsafəni tənzimləyən kruiz kontrol

Elektron sabitlik proqramı (ESP)

Zolaq köməkçisi (LGS)

Elektron əyləc sistemi

MAN BrakeMatic®

TyreManagement

MAN AttentionGuard

MAN Səmərəlilik sistemləri

Əgər daha səmərəlidirsə, deməli hədəf məntəqəsinə daha yaxşı gəlib çatıb: MAN effektivlik sistemləri xüsusilə qənaətcil yanacaq istifadəsi zamanı yüksək yürüş komfortunun qayğısına qalır.

GPS dəstəkli kruiz kontrol MAN EfficientCruise® MAN Lion’s Coach avtobusunu yanacağa qənaət edərək və səlis şəkildə öz məqsədinə çatdırır.