MAN Lion's Coach EfficientLine

MAN Lion's Coach EfficientLine-in sürücü kabinası
MAN Lion's Coach EfficientLine-in sürücü kabinası
MAN Lion's Coach EfficientLine-in sürücü kabinası

MAN Lion's Coach EfficientLİne sürücünün bütün istəklərinə uyğun gəlir.

MAN Lion's Coach turist avtobus seriyasının bütün modelləri, mütləq hər sürücünün özünü rahat hiss edəcəyi erqonomik və istifadəçi dostu olan sürücü kabinasına malikdir. Çünki yüksək keyfiyyətli materiallar və cəlbedici dekorasiya elementləri nəcib iş atmosferi təəssüratı yaradır. Bundan başqa sürücü kabinası pnevmatik ressorlu, çoxcəhətli tənzimlənən sürücü oturacağı və ehtiyac olduqda oturacaq qızdırıcısı və qol dəstəkləri ilə təchiz olunur. Həmçinin, sürücü iş yerinin iqlimini fərdi və müstəqil olaraq tənzimləyə bilər.

Sürücü kabinasının istifadə rahatlığı da standartlarla müəyyənləşdirilir: Alətlər panelinin göstəriciləri, naviqator funksiyalı MAN Coach multimedia cihazı və mərkəzi bort kompyüteri səliqəli dizayn edilmişdir. Fərdi nəzarətlər məntiqi təşkil olmuş və asanlıqla əlçatandır ki, sürücü hər hansı bir zamanda nəqliyyat vasitəsinin bütün mühüm məlumatlarını gözünün qabağında tapsın. Əllərini sükandan götürmədən sürücü çoxfunksiyalı sükana inteqrasiya olunmuş düymələr ilə bütün məlumatları çağıra bilər və çoxsaylı başqa funksiyanı idarə edə bilər.

Önə çıxan xüsusiyyətlər bir baxışda:

  • Pnevmatik ressorlu, çoxcəhətli tənzimlənə bilən, yuxu gətirməyən yol hərəkəti üçün nəzərdə tutulmuş oturacaq (opsiyon kimi qızdırıcılı və qol dəstəkli)
  • Çoxfunksiyalı sükan - hündürlüyü və mailliyi tənzimlənə bilir
  • MMC (Multimedia MAN Coach), naviqator funksiyalı
  • Əməliyyat və diaqnostik məlumatları nümayiş etdirən mərkəzi ekran
  • LED texnologiyalı nəzarət və göstərici işıqlar
  • Sürücü ekranında təhlükəsizlik və köhnəlmə haqqında müntəzəm yoxlamalar
  • Onboard və Offboard diaqnoz imkanları
  • Sürücü kabinasının fərdi iqlimləndirilə bilməsi
  • Ən yaxşı görünüş üçün intəqrasiya olunmuş geniş bucaq və arxa güzgülü yan güzgülər
  • Komfortlu çarpayılı kabinə (opsiyon)