MAN Lion's Coach EfficientLine

 MAN Lion's Coach EfficientLine sərnişin salonu

Röya kimi səfərlər üçün sərnişin salonu

MAN Lion'sCoach EfficientLine xüsusilə komfortlu, rahat və cazibəli bir sərnişin salonuna malikdir. O, böyük şüşələri sayəsində yalnız misilsiz bir atmosfer təklif etmir, eyni zamanda valehedici bir səyahət hissi bağışlayır. Salon və ayaq yerinin komfortlu genişliyi, əvvəldən sona qədər əla səyahət keyfinə zəmanət verir. Erqonomik komfort oturacaqlarının üzərində idarəetmə paneli quraşdırılıb. Onunla hər sərnişin ventilyasiyanı və işıqlandırmanı öz ehtiyaclarına görə tənzimləyə bilər. MAN Lion's Coach EfficientLine-in erqonomik və yüksək funksionallığa malik sürücü kabinası sürücüyə rahat bir iş yeri bəxş edir.

İqlim nəzarəti

İqlim nəzarəti

MAN Lion's Coach EfficientLine turist avtobusu seriyasının bütün modelləri standart avadanlıq kimi kondisioner ilə təchiz olunur. O, bütün il ərzində, avtomatik olaraq daxili temperaturu optimal səyahət səviyyəsində tənzimləyir. Həmçinin, kondisioner davamlı təzə hava təmin edərək salonun içərisindəki hava keyfiyyətini daim yüksək səviyyədə tutur. Hər oturacağın üzərində olan və hər bir sərnişin tərəfindən fərdi düzəliş edilə bilən ventilyasiya çıxışları hərəkət zamanı komfortu daha da artırır.


Oturacaqlar

Oturacaqlar

Komforta MAN Lion's Coach EfficientLine-da çox əhəmiyyət verilir - istər mövcud yer və ya oturacaqların rahatlığı baxımından olsun. Belə ki, erqonomik səyahət oturacaqları yüksək keyfiyyətli materiallardan hazırlanıb və xüsusi uzun səfərlər və sərnişinlərin ehtiyacları üçün nəzərdə tutulmuşdur. Onlar həmçinin kifayət qədər ayaq sərbəstliyi təklif edir və qabağ qoltuğun bel dəstəyinə inteqrasiya olunmuş stəkan bölməli qatlanan stollarla təchiz olunmuşdur. Ehtiyac olarsa, sərnişinlərin daha rahat otura bilmələri üçün şaquli oturma mövqeyi asanlıqla maili vəziyyətə salına bilər. Komfortun təkmilləşməsi üçün hər bir oturacağın arxasında oxuma lampası, tənzimlənə bilən hava çıxışları, səsucaldanlar və xidmət düymələri olan bir idarəetmə paneli yerləşib.


İşıqlandırma

İşıqlandırma

MAN Lion's Coach EfficientLine-in daxili salonu, aydın bir rahatlıq atmosferi ilə xarakterizə olunur. Ahəngdar inteqrasiya olunmuş gecə işıqlandırması bu klassda misilsizdir və axşamları valehedici bir hissi yaradır. Giriş-çıxışlarda LED lampaları ilə aydınlanan pillələri bundan yanaşı təhlükəsizliyi artırır. Gün ərzində sərnişin salonu böyük şüşələrlə və tünd şüşəli dam lyuklarından düşən dolayı işıqlandırma ilə aydınlanır. Hər oturacağın üzərində olan və hər bir sərnişin tərəfindən fərdi düzəliş edilə bilən LED oxuma lampaları əlavə işıq mənbəyi kimi istifadə olunur.

Giriş-çıxışlar

Giriş-çıxışlar

MAN Lion's Coach EfficientLine turist avtobusu seriyasının bütün modelləri geniş və salondan müstəqil işıqlanan giriş və çıxışlara malikdir. Əlil və yaşlı insanların avtobusa daha asan minə bilmələri üçün, arxa qapı, bir platform və ya əlil arabası lifti quraşdırıla bilər. Bundan başqa, böyük pillələrlə sərnişin salonuna təhlükəsiz giriş təmin olunur.


Dam kanalları

Əl baqajı ücün yer

Oturacaqların üzərindəki əl baqaji ücün yer, açıq baqaj rəfi kimi nəzərdə tutulmuş və geniş saxlama yeri təklif edir. Onlarda həm balaca çantalar, həm də orta böyüklükdə çamadanlar saxlanıla bilər. Dolayı işiqlandırma sayəsində baqajlar həmişə görünür və əlçatandır.


Digər avadanlıqlar

Digər avadanlıqlar

Səfər zamanı MAN Lion's Coach EfficientLine-da isti qəhvə və dadlı qəlyanaltılar təqdim edilə bilər. Çünki daha uzun səfərlərdə sərnişinlərə optimal xidmət üçün əla təchiz olunan bort mətbəxindən istifadə edilir. Əlavə rahatlıq üçün inteqrasiya olunmuş bort tualeti və sürücü üçün rahat taxt mövcuddur. İki ədəd 19 düymlük yastı ekranlı DVD və ya video sistem yolda böyük əyləncə vəd edir.


Baqaj bölməsi

Baqaj bölməsi

MAN Lion's Coach turist avtobusları seriyasının şassisi yalnız yüksək komfort və təhlükəsizlik ehtiyatlarına malik deyil, yüksək damlı konsepsiya həmçinin maksimum saxlama sahəsi təklif edir. Belə ki, MAN Lion's Coach EfficientLine sərnişin salonundakı geniş baqaj rəfi ilə yanaşı 8,9 m³ - 10,3 m³ arasında komfortlu bir baqaj bölməsinə malikdir.