MAN Lion’s Coach

Motor MAN Lion’s Coach

Bütün marşrutlar üçün səmərəli ötürücü

MAN Lion’s Coach-un hər bir məsafəyə uyğunlaşması üçün güclü və yüksək fırlanma anı 309 kV (420 A.G), 338 kV (460 A.G) və 368 kV (500 A.G) gücündə Common Rail mühərrikləri məhz hərəkət dinamikası təklif edir. Standart kimi təchiz olunan altıpilləli coystikli ötürmə qutusu və alternativ olaraq təmin edilə bilən on iki pilləli EasyStart funksiyalı avtomatik ötürmə qutusu MAN TipMatic® ilə birlikdə mühərriklər xüsusilə qənaətcil və ətraf mühitə dost şəkildə işləyir. Həmçinin Avro 6 işlənmiş qaz normasına asanlıqla riayət edilir.

MAN Lion’s Coach-ın mühərriklərinə ümumi baxış

Güclü fırlanma anı olan altısilindrli 12,4 l işçi həcmli mühərriklər hər marşrutda güclərini nümayiş etdirir. Güc spektri 309 kV-dan (420 A.G) şir kimi güclü 368 kV (500 A.G) mühərriklərə qədər çatır. Mühərriklərin arasındakı fərqlərin detalları burada listələnib:

  Lion’s Coach Lion’s Coach C Lion’s Coach L
Avro 6 mühərriki D2676 LOH D 2676 LOH D 2676 LOH
Güc 420 A.G, 460 A.G 460 A.G, 500 A.G 460 A.G, 500 A.G
İşçi həcmi 12.419 sm³ 12.419 sm³ 12.419 sm³
Maks. fırlanma anı 2.100 Nm, 2.300 Nm 2.300 Nm, 2.500 Nm 2.300 Nm, 2.500 Nm
Növü və tənzimləmə 6 silindrli sıralı Common Rail dizel mühərriki 6 silindrli sıralı Common Rail dizel mühərriki 6 silindrli sıralı Common Rail dizel mühərriki
Ötürücü mexanizm 6 sürətli mexaniki sürət qutusu (yalnız 420 A.G), avtomatikləşdirilmiş EasyStart funksiyalı 12 sürətli MAN TipMatic® sürət qutusu 6 sürətli mexaniki sürət qutusu (yalnız 460 A.G), avtomatikləşdirilmiş EasyStart funksiyalı 12 sürətli MAN TipMatic® sürət qutusu 6 sürətli mexaniki sürət qutusu (yalnız 460 A.G), avtomatikləşdirilmiş EasyStart funksiyalı 12 sürətli MAN TipMatic® sürət qutusu

Hər bir mövqedə optimal ötürücü

Uzun məsafəli nəqliyyatda və çətin yol şəraitində istifadədə ən yaxşı performans üçün MAN Lion’s Coach turist avtobusu seriyası bir-birinə görə uyğunlaşdırılmış mühərriklərlə təchiz olunub. Gücün dinamikliyə çevrilməsi MAN Lion’s Coach-da altıpilləli ötürmə qutusu və onikipilləli MAN TipMatic® ötürmə qutusu tərəfindən yerinə yetirilir.

MAN ötürücü texnologiyalarına keçid

Möhkəm və etibarlı nəqliyyat vasitəsi

MAN Lion’s Coach səfər avtobuslarının seriyasının bütün modelləri dinamik hərəkət xüsusiyyətləri ilə önə çıxır. Çünki standart olaraq təchiz olunan, aşağı sürtünməli hipoid aparılan ox və stabilizatorlu çoxlingli müstəqil təkər asqısı sayəsində bunlar məhz asfaltın üzərindən süzüb gedirlər. MAN Lion’s Coach C və MAN Lion’s Coach L modelləri bundan əlavə idarə olunan yardımçı oxla təchiz olunmuşdur. Bu ox, ehtiyac olanda sürüşkən yollarda optimal dartma təsiri yaratmaq üçün müvəqqəti olaraq qaldırıla bilər. Ancaq geniş həcmli dəyirmi körükləri olan pnevmatiki amortizasiya və səviyyə nəzarəti (ECAS) də hər yolda ən yaxşı hərəkət rahatlığını təmin edir.

MAN oxlarına keçid


Aşağıdakı texnologiya sayəsində: Daha təhlükəsiz və səmərəli yürüş üçün MAN sistemləri

MAN yardımçı sistemləri

Bu məsələdə onlar daim Sizin xidmətinizdədirlər. Hər zaman. MAN təhlükəsizlik və sürücü yardımçısı sistemləri hər bir metri hesablayaraq çalışırlar. Sərnişinlərinizi daha təhlükəsiz və komfortlu çatdıra bilməniz üçün.

MAN Lion`s Coach üçün mövcud olan sistemlər:

Təcili əyləc köməkçisi

Çoxfunksiyalı sükan

Məsafəni tənzimləyən kruiz kontrol

Elektron sabitlik proqramı (ESP)

Zolaq köməkçisi (LGS)

Elektron əyləc sistemi

MAN BrakeMatic®

TyreManagement

MAN AttentionGuard

MAN Səmərəlilik sistemləri

Əgər daha səmərəlidirsə, deməli hədəf məntəqəsinə daha yaxşı gəlib çatıb: MAN effektivlik sistemləri xüsusilə qənaətcil yanacaq istifadəsi zamanı yüksək yürüş komfortunun qayğısına qalır.

GPS dəstəkli kruiz kontrol MAN EfficientCruise® MAN Lion’s Coach avtobusunu yanacağa qənaət edərək və səlis şəkildə öz məqsədinə çatdırır.