MAN Lion’s Coach

MAN Lion’s Coach-un kokpiti
MAN Lion’s Coach-un kokpiti
MAN Lion’s Coach-un kokpiti

MAN Lion’s Coach sürücünün bütün istəklərinə uyğun gəlir

MAN Lion’s Coach səfər avtobusu seriyasının bütün modelləri, mütləq hər bir sürücünün özünü rahat hiss edəcəyi erqonomik və istifadəçi dostu bir kokpitə malikdir. Çünki yüksək keyfiyyətli materiallar və cəlbedici dekorasiya şəridləri nəcib bir iş atmosferinin təəssüratını buraxır. Kokpit bundan yanaşı pnevmatik ressorlu, çoxcəhətli tənzimlənən bir sürücü oturacağı və ehtiyac olduqda oturacaq qızdırıcısı və qol dəstəkləri ilə təchiz olunur. Həmçinin, sürücü iş yerinin iqlimini fərdi və müstəqil olaraq tənzimləyə bilər.

Kokpitin idarəetmə komfortu da əsasdır: Alət panelinin göstəriciləri, naviqator funksiyalı MAN Coach multimedia cihazı və mərkəzi bort kompüter səliqəli şəkildə dizayn edilmişdir. Fərdi nəzarətlər məntiqi təşkil olmuş və asanlıqla əlçatandır ki, sürücü hər hansı bir zamanda nəqliyyat vasitəsinin bütün mühüm məlumatları gözünün qabağında tapsın. Çoxfunksiyalı sükana inteqrasiya olunmuş düymələr ilə yanaşı o, əllərini sükandan götürmədən bütün məlumatları çağıra və çoxsaylı başqa funksiyanı idarəedə bilər.

Önə çıxan xüsusiyyətlər bir baxışda:

  • Pnevmatik ressorlu, çoxcəhətli tənzimlənə bilən, yuxu gətirməyən yol hərəkəti üçün nəzərdə tutulmuş oturacaq (opsiyon kimi qızdırıcılı və qol dəstəkli)
  • Çoxfunksiyalı sükan – hündürlüyü və meylliliyi tənzimlənə bilər
  • MMC (Multimedia MAN Coach), naviqator funksiyalı
  • Əməliyyat və diaqnostik məlumatları nümayiş etdirən mərkəzi ekran
  • LED texnologiyalı nəzarət və göstərici işıqlar
  • Sürücü ekranında təhlükəsizlik və köhnəlmə haqqında müntəzəm yoxlamalar
  • Onboard və Offboard diaqnoz imkanları
  • Kokpitin fərdi havalandırılması
  • Ən yaxşı görüş üçün intəqrasiya olunmuş geniş bucaq və arxa güzgülü yan güzgülər
  • Sürücü üçün rahat yataq kabinəsi