MAN Lion's Coach

 Salon

Röya kimi səfərlər üçün sərnişin salonu

MAN Lion's Coach turist avtobusu xüsusilə komfortlu, rahat və cazibəli bir sərnişin salonuna malikdir. İri şüşələri yalnız misilsiz bir atmosfer yaratmır, eyni zamanda valehedici bir hiss verir. Səxavətli salon və ayaq yerinin komfortlu genişliyi, əvvəldən sona qədər əla səyahət keyfinə zəmanət verir. Erqonomik komfort oturacaqlar üzərində idarəetmə paneli quraşdırılıb. Onunla hər sərnişin ventilyasiyanı və işıqlandırmanı öz ehtiyaclarına görə tənzimləyə bilər. MAN Lion's Coach-ın erqonomik və yüksək funksionallığa malik sürücü kabinası sürücüyə rahat iş yerini bəxş edir.

Kondisioner

Kondisioner

MAN Lion's Coach turist avtobusu seriyasının bütün modelləri standart avadanlıq kimi kondisioner ilə təchiz olunur. O, bütün il ərzində, avtomatik olaraq daxili temperaturu optimal səyahət səviyyəsində tənzimləyir. Həmçinin, kondisioner davamlı təzə hava təmin edərək salonun içərisindəki havanın keyfiyyətini daim yüksək səviyyədə tutur. Hər oturacağın üzərində olan və hər bir sərnişin tərəfindən fərdi düzəliş edilə bilən ventilyasiya çıxışları hərəkət zamanı komfortu daha da artırır.


Oturacaqlar

Oturacaqlar

MAN Lion's Coach-da komforta çox əhəmiyyət verilir - mövcud yer və ya oturacaqların rahatlığı baxımından. Belə ki, erqonomik səyahət oturacaqları yüksək keyfiyyətli materiallardan hazırlanıb və xüsusilə uzun səfərlər və sərnişinlərin ehtiyacları üçün nəzərdə tutulmuşdur. Onlar həmçinin kifayət qədər ayaq sərbəstliyi təklif edir və qabağ qoltuğun bel dəstəyinə inteqrasiya olunmuş stəkan bölməli qatlanan stollarla təchiz olunmuşdur. Ehtiyac olarsa, sərnişinlərin daha rahat otura bilmələri üçün şaquli oturma mövqeyi asanlıqla maili vəziyyətə salına bilər. Komfortun təkmilləşməsi üçün hər oturacağın arxasında oxuma lampası, tənzimlənə bilən hava çıxışları, səs ucaldanlar və xidmət düymələri olan bir idarəetmə paneli yerləşib.


İşıqlandırma

İşıqlandırma

MAN Lion's Coach-ın daxili salonu aydın bir rahatlıq atmosferi ilə xarakterizə olunur. Ahəngdar inteqrasiya olunmuş gecə işıqlandırması bu sinifdə misilsizdir və axşamlar valehedici bir hiss yaradır. Giriş-çıxışlarda LED lampaları ilə işiqlandırılan pillələri bundan əlavə təhlükəsizliyi artırır. Gün ərzində sərnişin salonu böyük şüşələrlə və tünd şüşəli dam lyuklarından düşən dolayı işıqlandırma ilə işıqlandırılır. Hər oturacağın üzərində olan və hər bir sərnişin tərəfindən fərdi düzəliş edilə bilən LED oxuma lampaları əlavə işıq mənbəyi kimi istifadə olunur.

Giriş-çıxışlar

Giriş-çıxışlar

MAN Lion's Coach turist avtobusları seriyasının hər bir modeli geniş və salondan müstəqil işıqlanan giriş və çıxışlara malikdir. Əlil və yaşlı insanların avtobusa daha asan minə bilmələri üçün, arxa qapı, bir platform və ya əlil arabası lifti quraşdırıla bilər. Bundan başqa böyük pillələrlə sərnişin salonuna təhlükəsiz girişi təmin olunur.


Dam kanalları

Dam kanalları

Oturacaqların üzərindəki əl baqaj yeri, açıq baqaj rəfi kimi nəzərdə tutulmuş və geniş saxlama yeri təklif edir. Onlarda həm balaca çantalar, həm də orta böyüklükdə çamadanlar saxlanıla bilər. Dolayı işiqlandırma sayəsində baqajlar həmişə görünür və əlçatandır.


Digər avadanlıq detalları

Digər avadanlıq detalları

Səfər zamanı MAN Lion's Coach-da isti qəhvə və dadlı qəlyanaltılar təqdim edilə bilər. Çünki uzun səfərlərdə sərnişinlərə optimal xidmət üçün əla təchiz olunan bort mətbəxindən istifadə edilir. Əlavə rahatlıq üçün inteqrasiya olunmuş bort tualeti və sürücü üçün rahat taxt mövcuddur. İki ədəd 19 düymlük yastı ekranlı DVD və ya bütün oturacaqlarda video sistem yolda böyük əyləncə vəd edir.


Baqaj bölməsi

Baqaj bölməsi

MAN Lion's Coach turist avtobusları seriyasının yoxlanmış şassisi yalnız yüksək komfort və təhlükəsizlik ehtiyatlarına malik deyil, eyni zamanda maksimum saxlama sahəsi təklif edir. Belə ki, MAN Lion's Coach sərnişin salonundakı geniş baqaj rəfindən başqa 8,9 m³ - 10,3 m³ arasında komfortlu bir baqaj bölməsinə malikdir.