MAN Lion’s City Hybrid

Motor MAN Lion’s City Hybrid

Optimal effektivliyi olan dizel mühərriki

MAN Lion’s City Hybrid yanacağa qənaət edən Common Rail mühərrikin dinamik gücünə əsaslanır. 45 faizlə, obütün yanacaq əsaslı mühərriklərin arasından ən böyük effektivlik əmsalına malikdir və beləliklə, yüksək enerji generatoru üçün lazımi enerjini təmin edir. Altısilindirli mühərrik, daha çox gücə ehtiyac olan zamanı əlavə olaraq aktivləşdirilə bilər. Ancaq avtobusun sürətləndirilməsi müntəzəm olaraq elektrik ötürmə ilə yerinə yetirilir, yəni ki emissiyasız surətdə.

MAN Lion’s City Hybrid-in mühərriklərinə ümumi baxış

MAN Lion’s City Hybrid-də elektrik ötürmə konsepsiyası elektrik enerji saxlama vahidi ilə birləşdirilir. Lion’s City Hybrid-in Avro 6 variantı mövcuddur. Texniki göstəriciləri:

Dizel mühərrik D 0836 LOH
Elektrikli mühərrik Sinxron generator: 150 kV
2 asinxron mühərrik: 2x75 kV
Yanacaq Dizel
Güc 2.300 döv/dq-də 250 A.G gücündə dizel mühərrik
Ultrakondensator saxlama vahidi Maks. 200 kV
Emissiya səviyyəsi Avro 6

Ötürmə – hibrid ötürmə sistemi

MAN Lion’s City Hybrid, kəsintisiz dartma gücü olan bir hibrid ötürmə sistemi ilə təchiz olunub.

Hibrid ötürücünün mərkəzində əyləc enerjisinin yenidən istifadəyə salınması (sağalma dövrü) var. Əyləc zamanı yaranan əyləc enerjisi saxlanılır və misal üçün avtomobili hərəkətə keçirmək üçün istifadə edilə bilər.

Möhkəm və etibarlı nəqliyyat vasitəsi

MAN Lion’s City Hybrid modeli standart olaraq ön ox kimi sabit oxla təchiz olunub. Bir stabilizator və disk əyləcləri təhlükəsizliyi artırır. Aparıcı ox olaraq Lion’s City Hybrid-də orta təhriki sola köçürülmüş bir MAN-ZF portal oxu quraşdırılır.

MAN oxlarına keçid


Aşağıdakı texnologiya sayəsində: Daha təhlükəsiz və səmərəli yürüş üçün MAN sistemləri

MAN yardımçı sistemləri

Bu məsələdə onlar daim Sizin xidmətinizdədirlər. Hər zaman. MAN təhlükəsizlik və sürücü yardımçısı sistemləri hər bir metri hesablayaraq çalışırlar. Sərnişinlərinizi daha təhlükəsiz və komfortlu çatdıra bilməniz üçün.

MAN Lion`s city hybrid üçün mövcud olan sistemlər:

Elektroniki stabilizasiya proqramı (ESP)

Elektron əyləc sistemi

Şin Nəzarəti