MAN Lion's City Hybrid

MAN Lion's City Hybrid-in sürücü kabinası
 MAN Lion's City Hybrid-in sürücü kabinası

Avtobus sürücüləri üçün kabina

Bir sürücünün iş yeri barəsindəki yüksək gözləntiləri, sürücü kabinasının dizaynında da yeni standartlar müəyyən etmək üçün kifayət edir. Buna görə MAN Lion's City Hybrid-də hətta ən kiçik detallar da sürücünün ehtiyaclarına görə optimallaşdırılmışdır. Nəticə: məntiqi təşkil olunmuş və asanlıqla əlçatan nəzarətlər və səliqəliklə dizayn edilmiş anlaşıqlı və həmişə oxuna bilən cihaz panelləri. Mərkəzi element, sürücünün ən mühüm əməliyyat və diaqnostik verilənləri, eləcə də nəqliyyat vasitəsinin bildirilişlərini daima gözünün qabağında tapa biləcəyi LCD ekrandır. Və sürücünün heç vaxt diqqətini itirməməsi üçün aşağıya çəkilmiş qabaq şüşə və qatlana bilən geniş bucaqlı yan güzgülər ona ətraflı mükəmməl görüş imkanı təklif edir.

Çox komfortlu iş yeri

MAN Lion's City Hybrid-in erqonomik dizaynlı kokpitində, sürücüyü istifadəçi dostu və səliqəli bir cihaz panelindən yanaşı, optimallaşdırılmış səxavət və istifadə komfortu gözləyir. Fərdi tələblərinə cavab verə bilmək üçün, sürücü rahat oturacağı, eləcə də sükanı sərbəstcə tənzimləyə bilər. Beləcə yalnız erqonomik duruş dəstəklənmir, eyni zamanda uzun reyslərdə zəhmətsiz sürücülüyə də zəmanət verilir. Sürücünün üstündə olan praktiki, qıfıllana bilən saxlama bölmələri çox yer təmin edir. Buraya istəyə görə salonun nəzarəti üçün bir LCD ekran da quraşdırıla bilər. Ehtiyac olduqda bir ödəniş kassası da kabinənin qapısına inteqrasiya oluna bilər və müxtəlif avadanlıq imkanları ilə interyer dizaynına uyğunlaşdırıla bilər. Əlbəttə, alternativ olaraq VDV sürücü mövqeyi də təmin edilə bilər.

Önə çıxan xüsusiyyətlər bir baxışda:

  • Yüksək istifadə komfortu təklif edən erqonomik sürücü kabinası
  • Gözdən keçirilmiş menyu və düymə dizaynlı səliqəli cihaz paneli
  • Az zəhmət tələb edən sürücülük üçün tənzimlənə bilən erqonomik oturacaq
  • Hündürlüyü və mailliyi tənzimlənə bilən sükan
  • Əməliyyat və diaqnostik məlumatlar üçün LCD ekran
  • Aşağıya çəkilmiş qabaq şüşə və geniş bucaqlı güzgülər sayəsində yaxşı görünüş sahəsi
  • Sürücü və sərnişin üçün praktiki, qıfıllana bilən saxlama bölmələri
  • Aşağıya çəkilmiş qabaq şüşə və qatlana bilən geniş bucaqlı güzgülər sayəsində optimal görünüş sahəsi