MAN Lion's City Hybrid

 Salon

Komfortlu səxavət möcüzəsi

Lion's City Hybrid şəhər daxili sərnişin nəqliyyatının müfəssəl tələblərinə asanlıqla cavab verir. Daxili salonu cazibəli görünür və aydın atmosferi sayəsində ahəngdar bir abu-hava təqdim edir. Arxada sol tərəfdə şaquli olaraq quraşdırılmış Common Rail mühərriki sayəsində, sərnişinlər üçün daha çox yer mövcuddur. Ayaqlara səxavətli yer verən rahat oturacaq sıralarının yanında, arxada sağ tərəfdə ayrıca təqribən 2,3 metr hündürlüyü olan ayaq üstə dayanma perronu mövcuddur. Alternativ olaraq üç nəfərlik arxa oturacaq sırası əlavə oluna bilər.

Oturacaqlar

Oturacaqlar

Lion's City Hybrid-də eyni anda 98-ə qədər sərnişin yerləşir, 36 nəfər MAN City çalovşəkilli oturacaqlarda və ya 62 nəfər ayaqüstə dayanma yerlərində. Erqonomik oturacaqlar ayaqlar üçün geniş yer sayəsində üstün rahatlığı təklif edərkən, ayaqüstə dayanan sərnişinlər çox saylı dirək və tutacaqlardan təhlükəsizlik şəkildə tuta bilərlər. Bundan əlavə, oturacaqlar dayaqsız olaraq quraşdırılmış, vandallığa qarşı dözümlü və asanlıqla təmizlənə bilən örtüyə malikdir.


Kondisioner

Kondisioner

Lion's City Hybrid-də rahat bir salon temperaturu üçün elektrik kondisionerindən istifadə olunur.


Baqaj rəfi

Baqaj rəfi

MAN Lion's City Hybrid-də daxili dizaynda hər detal nəzərdə tutulmuşdur. Sərnişinlərin baqajı üçün çox yer var və təhlükəsiz hərəkət üçün praktiki baqaj rəfləri mövcuddur.

 Pilləsiz giriş

Pilləsiz giriş

MAN Lion's City modelə rahat minib-düşməyi təmin etmək üçün aşağı səviyyəli döşəmə nəzərdə tutulmuşdur. Pilləsiz giriş-çıxışların maksimum hündürlükləri yalnız 320 mm-dir. Çökmə funksiyası ilə giriş səviyyəsi 80 mm qədər daha da endirilə bilər. Sərnişin salonunun tamamilə pilləsiz döşəməsi sayəsində sərnişinlər təhlükəsizliklə yerlərinə və çıxışlara çata bilər.