MAN Lion's City CNG

MAN Lion's City GL CNG, “Bus of the Year 2015” mükafatı ilə təltif olunub

MAN Lion's City GL CNG, “Bus of the Year 2015” mükafatı ilə təltif olunub

Şəhər avtobusu MAN Lion's City GL CNG, “Bus of the Year 2015” mükafatı ilə təltif olunub. "Bus Euro Test " adlanan sınaqda qaz ilə işləyən ikibölməli avtobus beynəlxalq peşəkar jurnalistlərdən təşkil olunan münsiflər heyəti tərəfindən bəyənilib. Bu mükafat avtobus sənayesində ən nüfuzlu mükafatlardan biridir. MAN Lion's City GL CNG Euro 6 ekoloji normasına uyğunlaşdırılan CNG ötürücüsü ilə şəhər daxili sərnişin nəqliyyatı üçün xüsusilə aşağı emissiyalı, iqlim zərər verməyən və eyni zamanda iqtisadi bir mobillik həllini təklif edir. Bioqaz və ya təbii qaz yanacaqla, bu ikibölməli avtobus demək olar ki, CO2 olmadan, yəni tamamilə elektron nəqliyyat vasitəsi səviyyəsində işləyir. "Bus of the Year 2015" mükafatının Lion's City GL CNG modelinə verilməsində, xüsusilə çox sayda sərnişinin şəhərdaxili daşınması da əsas götürülüb.


 İkiqat enli beş qapı optimal sərnişin axınına zəmanət verir.

Nəqliyyat vasitəsinin konsepsiyası: daha qısa dayanma müddətləri, daha çox sərnişin

142 nəfərədək sərnişin tutumu ilə 18,75 metr uzunluğundakı ikibölməli avtobus şəhər daxili ictimai istifadə üçün idealdır. İkiqat enli beş qapısı optimal sərnişin axınına və habelə xüsusilə qısa dayanma müddətlərinə zəmanət verir. Beləliklə avtobus operatorları müəyyən bir xəttdə daha az nəqliyyat vasitəsi işlətməklə daha az xərclərdən faydalana bilər. Təltif olunan MAN Lion’s City GL CNG-nin interyerindəki oturacaq memarlığında da qısa məsafələr və vaxt itirmədən minib-düşmələr nəzərdə tutulmuşdur.

Bu səhifəni paylaş
paylaş Facebook-da paylaş
tvit Twitter-də paylaş
+1 Google+-da paylaş
LinkedIn-də paylaş

Doqquz bilet rəsmiləşdirmə aparatında smartfonlarla alınmış biletlər skanerlə oxuna bilər.

İnteryer: yüksək rahatlıq, yenilikçi avadanlıqlar

Sərnişin axınının daha çox optimallaşdırılması üçün "Bus of the Year 2015" mükafatı ilə təltif olunan bu avtobus doqquz bilet rəsmiləşdirmə aparatı ilə təchiz olunmuşdur. Bu aparatlarda smartfonlarla alınmış biletlərin də skanerlə oxunması mümkündür. Bundan əlavə, bu şəhərdaxili avtobusda parolsuz bir WiFi hotspot vasitəsilə internetə daxil olma imkanı yaradılıb. MAN Lion's City GL CNG-nin sərnişin salonundakı aydın və xoş şərait LED işıqlandırma, dam lyukları və şəffaf körük vasitəsilə yaranır.

MAN E2876 CNG mühərriki, təbii qaz, bioqaz və ya CNG ilə ötürülmək üçün nəzərdə tutulmuşdur.

CNG mühərriki: Euro 6 ekoloji normasına uyğun təbii qaz, bioqaz və ya
e-qazla

Xüsusilə səmərəli MAN E2876 CNG mühərriki 310 a.g güc verir və təbii qaz, bioqaz və ya CNG ilə ötürülmək üçün nəzərdə tutulmuşdur. Şəhər daxili sərnişin nəqliyyatında maksimal səviyyədə ekoloji normalara cavab verən və hərəkət komfortu üçün 4 pilləli avtomatik sürət qutusu, SensoTop nəzarət sistemi və retarder təchizatları töhfə verir. MAN Lion's City GL CNG-nın damına yerləşdirilən CNG çənləri 2.050 litr həcmlə uzun məsafələrə getməyə imkan verir.