MAN Lion’s City

MAN Lion’s City mühərriki

Bol güc. Daha çox səmərəlilik.

MAN Lion’s City seriyası marşrut nəqliyyatında effektivliyi tamamilə yeni formada təsvir edir: MAN dizel mühərrikləri Common-Rail texnikası sayəsində qənaətcil istifadə və böyük daşıma qabiliyyəti ilə yüksək effektivliyi birləşdirir. Eyni zamanda bu dizel mühərrikləri son dərəcə etibarlıdır. Topologiyadan asılı nəzarətli dörd və altıpilləli avtomatik ötürmələrlə birlikdə fərdi Citybus modelləri optimal hərəkət xüsusiyyətləri və 265 kV (360 A.G) – 184 kV (250 A.G) arası güclərlə işıq saçır. 200 kV (272 A.G) və ya 228 kV (310 A.G) gücə malik altısilindrli təbii qaz mühərriklərimiz (CNG) də, şəhərlərin daxilində davamlı istifadə üçün idealcasına uyğunlaşır.

  184 kV
(250 A.G)
200 kV
(270 A.G)
206 kV
(280 A.G)
213 kV
(290 A.G)
228 kV
(310 A.G)
235 kV
(320 A.G)
265 kV
(360 A.G)
MAN Lion’s City M X     X      
MAN Lion’s City
(üfüqi yerləşən mühərrik)
  X X   X X X
MAN Lion’s City
(Şaquli mühərrik)
X     X      
MAN Lion’s City C         X X X
MAN Lion’s City L         X X X
MAN Lion’s City G     X   X X X
MAN Lion’s City GL         X X X

Hər bir mövqedə optimal ötürücü

İstər ensiz küçələrdə, istərsə də dik yamaclarda olsun; topologiyadan asılı sürət dəyişdirmə strategiyalı MAN avtomatik ötürmələr, gücü səmərəli bir şəkildə yola salır. MAN Lion’s City avtobus seriyasının bütün modellərini iki ayrı ötürmə variantı ilə təklif edir. Optimal güc köçürmə konfiqurasiya ilə birlikdə bu ötürmələr dizel mühərriklərinin elə də yaxşı istehlak dəyərlərini daha da təkmilləşdirir.

MAN ötürücü texnologiyalarına keçid

Möhkəm və etibarlı nəqliyyat vasitəsi

Bütün MAN Lion’s City modelləri standart olaraq ön ox kimi sabit oxla təchiz olunub. Sabit ox bir stabilizator və diskli əyləclərlə təmin olunub. Aparıcı ox olaraq bütün MAN Lion’s City şəhər avtobuslarında orta təhriki sola köçürülmüş bir MAN-ZF portal oxu işlədilir. MAN Lion’s City C və MAN Lion’s City L modelləri bundan artıq aktiv idarəolunan üçüncü bir oxa malikdir.

MAN oxlarına keçid


Aşağıdakı texnologiya sayəsində: Daha təhlükəsiz və səmərəli yürüş üçün MAN sistemləri

MAN yardımçı sistemləri

Bu məsələdə onlar daim Sizin xidmətinizdədirlər. Hər zaman. MAN təhlükəsizlik və sürücü yardımçısı sistemləri hər bir metri hesablayaraq çalışırlar. Sərnişinlərinizi daha təhlükəsiz və komfortlu çatdıra bilməniz üçün.

MAN Lion’s City üçün mövcud olan sistemlər:

Elektron sabitlik proqramı (ESP)

Elektron əyləc sistemi

TyreManagement