MAN Lion's City

MAN Lion's City effektlivliyi isbat edir

MAN Lion's City 10,2%-dək az təbii qaz sərf edir

Aktual aşağı mərtəbəli avtobus seriyası MAN Lion's City müqayisəli ölçülmədə önə çıxır.

MAN Lion's City (Euro 6) həqiqətən nə dərəcədə səmərəlidir? Texniki yeniliklər effektivliyin artımına nə kimi təsir edir? Biz sınağı sükan arxasındakı sərnişin avtobus sürücüləri ilə real istifadədə həyata keçirdik. Müqayisə modeli: 2012-ci il istehsallı bir MAN Lion’s City EEV. Südbayern TÜV-ün müşayiəti ilə Münxendəki 8 Kilometr uzunluqlu qapalı şəhər çevrə yolunda və həmçinin sintetik SORT 1 / 2 çevrə yolunda sınaqdan keçirilmişdir.(Standartlaşdırılmış On Road sınağı Avropada standartlaşdırılmış və şəhər avtobuslarının təbii qaz sərfiyyatının ölçülməsi üçün nəzərdə tutulmuş prosesdir.)

Təbii şərtlər altında sərfiyyatın ölçülməsi

Salondakı kondisionerlər bütün sınaq yürüyüşləri zamanı yanılı vəziyyətdə olub. Sınaq zamanı Euro 6 - nəqliyyat vasitəsi SORT 1 / 2 çevrə yolunda MAN Lion’s City EEV-lə müqayisədə 8% az sərfiyyat qeydə alınmışdır. Münxendəki qapalı çevrə yolunda həyata keçirilən yürüş zamanı texniki yeniliklərin təbii qaz sərfiyyatının azaldılmasındakı uğuru özünü daha aydın şəkildə göstərdi. Euro 6 - nəqliyyat vasitəsində özündən əvvəlki nəsil olan EEV nəqiyyat vasitəsinə nəzərən 11,4% az sərfiyyat qeydə alınmışdır. Beləliklə, avropadakı tipik şəhəriçi nəqliyyat zamanı sərfiyyat qənaəti 10,2%-lə inandırı göstəriciyə nail olur.

Man Lion's City-nin təbii qaz sərfiyyatının azaldılması istiqamətində gördüyü tədbirlərə ümumi nəzər:

  • Çəkinin azaldılması
  • Euro 6-işlənmış qaz texnologiyası
  • Gözləmə rejiminin söndürülməsi Idle Shut-down
  • Təkmilləşdirilmiş avtomatik ötürmə proqramı
  • Enerjiyə qənaətedici daxili işıqlanma və LED ekran
  • ZF EcoLife ötürücü (Step 3)
  • Avtomatik gözləmə sisteminə malik ikipilləli hava kompressoru
  • Optimallaşdırılmış sərinləşdirilmə